Küçələrdən meydanlara MFL
Juventus Baku: 8 - 3 :Papa John's / GSP Logistics: 1 - 0 :Underdog3-cü yer uğrunda görüş və Final matçı

Haqqımızda

Sport Marketing Group 2015-ci ildə təsis edilib və artıq Azərbaycanda keçiriləcək UEFA U-17 çempionatı, Bakı Marafonu 2016, CBC Sports kanalı və s. kimi böyük layihələrə cəlb olunub.
Bu gün biz Azərbaycanda həvəskar futbolçular üçün “Mini Futbol Liqası” adlanan ilk rəsmi layihəni təqdim etməkdən məmnunluq duyuruq. Bu unikal idman layihəsi futbolla maraqlanan geniş auditoriya üçün nəzərdə tutulub. Qeyd edək ki, həvəskar futbolçuların peşəkar çempionatı müxtəlif oyunçuların və komandaların oynamaq arzularını təcəssüm etdirir. 

Müxtəlif həvəskar komandaları bir araya gətirən və onlar arasında oyunlar təşkil edən MFL - Mini Futbol Liqası futbol həvəskarlarına təkcə öz oyunlarını küçələrdən meydana daşımaq imkanı yaratmır, eyni zamanda onlara sevdikləri, azarkeşlik etdikləri oyunçuları canlı görmək, yaşıl meydanların əfsanəvi qarşılaşmalarını canlı izləmək kimi imkanlar yaradır.