Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

MFL Liqa öncəsi kapitanlar ilə görüş keçirdi

21 Sentyabr, 2016

Sentyabrın 21-də MFL təşkilatçısı olduğu həvəskar futbolçuların liqasında iştirak etmək istəyən komandaların kapitanları ilə görüş keçirdi. Görüşdə kapitanlara Liqa haqqında təqdimat edildi, liqanın vəzifəsi, strukturu və 1 il ərzində davam edəcək liqada olacaq xüsusi tədbirlər haqqında geniş məlumat verildi.

MFL istər bundan öncəki turnirlərində, istərsə də Liqada komandaların istəklərinin, onların təkliflərinin önəmli olduğunu bir daha göstərdi. Çempionatın qaydalarında və reqlamentində ən kiçik dəyişikliyi belə yalnız komandalarla müzakirədən sonra reallaşdırmaq ənənəsinə yenidən sadiq qadı. Komandaların kapitanları ilə müzakirə şəraitində keçən görüşdə məlum oldu ki, əksər komandalar oyunçuları yığmaqda çətinlik çəkirlər. Müraciətlərin çoxluğunu nəzərə alaraq, qeydiyyat müddəti oktyabrın 1-nə qədər uzadıldı. Qeyd edək ki, bu, sənədləri təqdim etmək və qeydiyyatdan keçmək üçün son tarixdir.

Qeydiyyat bitdikdən sonra, oktyabrın 5-də püşkatma günü keçiriləcək, oyunlar isə oktyabrın 6-dan start götürəcək.

Kapitanlarla görüşdə onlayn qeydiyyat prosesinin sadələşdirilməsi məsələsinə də toxunuldu. Müzakirələrdən sonra qərara gəlindi ki, komandalar həm www.mfl.az saytından, həm də info@sportmarketing.az elektron ünvanına yalnız şəxsiyyət vəsiqələrinin surətini və əlaqə vasitələrini göndərməklə qeydiyyatdan keçə bilərlər.

TNT kuryer şirkətinin nümayəndəsi isə qeydiyyat prosesinə dəstək olmaq üçün bildirdi ki, komandalar TNT şirkəti ilə ( 012 496 86 54 ; 050 409 52 20 ) əlaqə saxlayıb “MFL-ə sənəd göndərmək istəyirik” açar sözünü deməklə, sənədləri kuryer vasitəsilə olduqları yerdən MFL-ə pulsuz göndərə bilərlər.

Qeyd edək ki, MFL-ə qeydiyyat üçün komandaların ödəyəcəyi rüsumun dəyəri 1000 AZN-dir. Ödəniş 2 mərhələli olacaq. Rüsumun ilk 50%-i oktyabrın 5-nə, ikinci 50%-i isə noyabrın 18-nə kimi ödənilməlidir.

Liqanın oyunları 2 mini stadion kompleksində - “Sportster” (Bakı Olimpiya Stadionu) və “Azfar” (“Şəfa” stadionu) meydançalarında təşkil olunacaq. Konferensiyaların ev meydançaları yarı mövsümdən sonra rotasiya olunacaq.

Bundan əlavə, Liqanın texniki təminatı və reqlamentində də komandaların təklifləri əsasında əlavələr və təkmilləşdirmələr ediləcək.

Bu ilin payızından gələn ilin yayına qədər davam edəcək Liqada komandaları 38 oyun, dünyanın veteran futbol əfsanələri ilə görüş, xarici klublarla yoldaşlıq matçları, bir-birindən həyəcanlı hədiyyəli yarışmalar, foto-video çəkilişlər və təbii ki, əsas mükafat – 10000 AZN gözləyir!

Liqanın başlamasına az qaldı! Bütün komandaları qeydiyyatdan keçməyə, 1 il ərzində futbolu tam fərqli yaşamağa və oynamağa dəvət edirik.