Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

MFL "STATUS" FK-NI TURNİRDƏN KƏNARLAŞDIRDI (RƏSMİ AÇIQLAMA)

11 Oktyabr, 2016

Oktyabrın 10-da MFL Liqasının “A” konferensiyası üzrə oyunlara başlanıldı. 20 komandanın qarşılaşdığı ilk konferensiya hərəsində 5 oyun olmaqla, “Sportster” və “Azfar” meydançalarında baş tutdu.

“Azfar” meydançasında saat 19:00-da keçirilmiş ilk oyunda “Status” FK və “Favorit” FC arasında insident yaşandı. Oyunda hər iki komandanın oyunçuları arasında dava baş verdi. Nəticədə “Status” FK komandasının azarkeşləri meydançaya girdilər və rəqib komandanın – “Favorit” FC-nin oyunçularına fiziki güc tətbiq etməyə başladılar. Qeyd edək ki, MFL reqlamentinə əsasən, sayından asılı olmayaraq, istənilən komandanın azarkeşi meydançaya daxil olarsa, bu, həmin komandanın hesabına texniki məğlubiyyət olaraq yazılır.

Dünənki insidentdə “Status” FK həm MFL Liqasının reqlamentinə əməl etmədiyinə, həm də “Fair Play” qaydalarını pozduğuna görə MFL-in verdiyi rəsmi qərara əsasən, Liqadan kənarlaşdırılır. 

Qeyd edək ki, bu gündən sonra baş tutacaq oyunların təhlükəsizliyini tam şəkildə təmin etmək məqsədilə Liqanın bütün oyunları “Sportster” meydançalarında keçiriləcək. Bundan əlavə, oyun günü qarşılaşmalar başlayandan bitənədək asayişi qorumaq məqsədilə polis patrulu çağrılacaq. İstənilən komanda oyunda insidentə əsas verərsə, dərhal polisə veriləcək və mübahisələr, davalar qanun çərçivəsində öz həllini tapacaq.

MFL təşkil etdiyi çempionatın texniki, inzibati və maddi cəhətdən öncədən təyin olunmuş səviyyədə həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Üzərinə götürdüyü bu məsuliyyətdən irəli gələrək MFL liqada iştirak edən bütün komandaları inzibati və distiplinar qaydalara əməl etməyə, reqlamentdə tələb olunan müddəaları gözləməyə çağırır.