Başınıza, ayağınıza, əlinizə - bir sözlə, meydanda özünüzə güvənirsinizsə, MFL sizə meydan yaradır.Topla nəyi bacarırsınız? Top ancaq meydanda iki komanda arasında qapıya vurmaq üçün vasitədir? Bəlkə top daha artığıdır?
Hazırsınız? Başladıq!
Car Challenge
Kim deyir ki, maşın ancaq sürməyə yarayır?! Hərəkətsiz maşının yük hissəsinə nə qədər top sala bilərsiniz?
Qaydalar: Topu maşının yük hissəsinə atmaq üçün 3 cəhdiniz var.
Ayağınıza qüvvət!
HeadPass Challenge
Bu yarış başını yaxşı istifadə edə bilənlər üçündür. Elə ən vacib qayda da budur!
Qaydalar: 10 nəfər dairə şəklində dayanır. Bir-birlərinə yalnız baş vasitəsilə topu ötürürlər. Sonuncu adama top çatanda halqa tamamlanmış hesab olunur.
Baş başdan üstündür!
Trashbox Challenge
Uzaq məsafədən qapıya zərbələriniz dəqiqdirsə, bu oyunda udmaq şansınız yüksəkdir!
Zibil qutusunun içinə top salmaq - oyunun adı belədir, elə qaydası da.
Qaydalar: Meydanda müəyyən məsafədə yerləşdirilmiş zibil qutusunun içərisinə 3 cəhdlə topu atmaq lazımdır.
Uzaqgörənlik hər zaman qazandırır!
Footbasket Challenge
Bu oyunda qapı yerdə deyil, göydədir!
Hava ötürmələriniz yaxşıdırsa, yəqin ki, 3 cəhdə topu basketbol səbətindən asanlıqla keçirə bilərsiniz.
Qaydalar: Müəyyən hündürlükdə qoyulan basketbol səbətinə ayaqla topu salmaq.
Qələbəniz yüksəklərdən gəlsin!
Crossbar Challenge
Topu neçə dəfə qapıya yox, səhvən qapı dirəyinə vurmusunuz?
Bu cür istedadınız varsa, o zaman oyunun qalibi mütləq ki, siz olacaqsınız!
Qaydalar: 11 metrlk məsafədən atdığınız 5 ard-arda zərbədən minimum 3-ü dirəyə dəyməlidir.
Yorulmayasınız!