Küçələrdən meydanlara MFL
Juventus Baku: 8 - 3 :Papa John's / GSP Logistics: 1 - 0 :Underdog3-cü yer uğrunda görüş və Final matçı

MFL və “Papa John`s” əməkdaşlığı milli futbolumuzda ilk oldu!

22 Dekabr, 2016

“Papa John`s” pizza brendi Mini Futbol Liqası (MFL) ilə müqavilə imzaladı.

İdman sahəsində dünyanın aparıcı layihələrinə sponsorluq edən “Papa John`s” pizza brendi Azərbaycanda yerli həvəskar futbolçular arasında keçirdiyi mini futbol turnirlərinin peşəkar təşkilatçılığı ilə fərqlənən MFL şirkəti ilə müqavilə imzalayıb.

Bu müqavilə ilə futbolu küçələrdən meydanlara daşıyan MFL və “Papa John`s” Azərbaycanda milli həvəskar futbol tarixində yerli şirkətlə xarici brendin birgə əməkdaşlığı sahəsində ilk imza atıblar.

“Papa John`s” şirkətlə eyni adı daşıyan komanda ilə liqaya qatılıb, eyni zamanda dünyaca məşhur “Yarı qiymət fürsəti” (“Score twice - Half Price”) layihəsinə start verib. Layihəyə əsasən, istənilən şəxs http://papajohns.az/az/mfl linkinə daxil olmalıdır və qeydiyyatdan keçməlidir. Daha sonra liqada iştirak edən komandalarından yalnız birini seçməli və seçdiyi komandanın nəticələrini izləməlidir. Qeydiyyatdan sonra iştirakçıya unikal promokod gələcək. Bu promokod bütün MFL mövsümü ərzində (2017-ci il, 31 iyula qədər) keçərli olacaq.

Kampaniyanın şərtinə görə, iştirakçının seçdiyi komanda hər bir oyun ərzində 2 və daha artıq top vurarsa, növbəti gün ərzində iştirakçı promokodu təqdim edərək istənilən pizzanı yarı qiymətə alacaq. Yarışa qatılmaq istəyənlər liqada iştirak edən 42 komanda və turnir cədvəli ilə buradan tanış ola bilərlər: http://www.mfl.az/division.php?action=standings&divisionId=21

“Papa John’s”un tarixçəsi

Amerikanın “Papa John’s” pizza şəbəkələri 1984-cü ildə qurulub və dünyanın 3-cü ən böyük pizza şəbəkəsidir. O, özündə dünyanın 40 müxtəlif ölkəsində 4900 restoranı birləşdirir. Tərkibi yalnız təzə və yüksək keyfiyyətli məhsullardan, heç vaxt dondurulmayan xüsusi xəmirdən, təzə yığılmış pomidorlardan hazırlanmış sousdan, 100% təbii Halal ət və toyuq məhsullarından, 100% mozzarella pendiri və təzə tərəvəzlərdən ibarətdir.

Hazırda Bakıda 4 “Papa John’s” restoranı fəaliyyət göstərir. Restoranlar Mirzəağa Əliyev küçəsi 138, Nizami küçəsi 106 A, Atatürk prospekti 29 və Cavadxan küçəsi 15C ünvanlarında yerləşir.

Sifariş etmək üçün *7272 nömrəsinə zəng edin / *PAPA.