Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

MFL-in 2017-2018 mövsümü üzrə reqlamentinə dəyişikliklər edilib və qeydiyyat tarixi uzadılıb

12 Sentyabr, 2017

MFL-i yaxından izləyən və maraqlanan hər bir kəsin NƏZƏRİNƏ!!!

MFL-in 2017-2018 mövsümü üzrə reqlamentinə dəyişikliklər edilib və qeydiyyat tarixi uzadılıb!

Ən böyük həvəskar mini futbol liqası MFL-in ikinci mövsümünün başlanmasına çox az zaman qalıb. Hazırda yeni mövsüm üçün iştirak edəcək komandaların qeydiyyatı davam edir. Bir çox komanda və iştirakçıların xahişini nəzərə alaraq MFL-in reqlamentinə kiçik dəyişikliklər edilib. 

Belə ki, əvvəlcə, 2017-2018 mövsümünün layihəsi üzrə reqlamentə bir sıra kəskinləşmələr edilməsi nəzərdə tutulumuşdu. Lakin komandalar MFL rəhbərliyinə müraciət edərək reqlamenti kəskinləşdirməməyə, ötənilki – 2016-2017-ci il səviyyəsində, yəni potensial iştirakçıların sayını azaltmayaraq keçmiş və hazırki peşəkarlar üçün analoji qadağaları saxlamağı xahiş etdi. 

MFL turnir iştirakçılarının xahişini nəzərə alaraq reqlamentə dəyişikliklər etdi. Dəyişikliyə əsasən turnir həvəskar xarakter daşıyaraq, eyni zamanda məhdudiyyətlərlə həddindən artıq yüklənməyəcək. Reqlamentin bu bəndi aşağıdakı qaydadadır: 

6.1. Aşağıda sadalanan hallar istisna olmaqla, MFL-də hər hansı futbol, futzal və çimərlik futbolu üzrə rəsmi peşəkar turnirlərdə iştirak etmiş (hər hansı komandanın rəsmi ərizəsində yer alan) futbolçuların iştirakı qadağandır.

İstisnalar:
· 2014-2015-ci il (daxil olmaqla) mövsümündən əvvəl Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş istənilən sayda oyunçuların;
· 2015-2016-cı il mövsümündə Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 2 (iki) oyunçunun;
· 2016-2017-ci və ya 2017-2018-ci il mövsümlərində Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 1 (bir) oyunçunun;
· 2012-2013-cü il (daxil olmaqla) mövsümündən əvvəl böyük futbolda (Yüksək və Birinci Liqa) və Futzal üzrə Yüksək Liqada iştirak etmiş istənilən sayda oyunçunun;
· 2013-2014-cü il mövsümündə Futzal üzrə Yüksək Liqada iştirak etmiş 1 oyunçunun;
· 2014-cü (daxil olmaqla) ildən əvvəl çimərlik futbolunun rəsmi oyunlarında iştirak etmiş oyunçuların iştrakına icazə verilir.

Bununla əlaqədar olaraq, komandaların öz ərizələrində dəyişikliyi nəzərə almaları üçün qeydiyyat tarixi 25 sentyabra (daxil olmaqla) qədər uzadılıb. MFL komandalara müraciət edərək qeydiyyat prosesini uzatmamağı və sənədləri ən qısa zamanda təqdim etmələrini tövsiyyə edir. 

Yeni mövsümün püşkatma mərasiminin oktaybrın 2-də keçirilməsi planlaşdırlır. Püşkatma zamanı iştiakçıları çoxlu sürprizlər gözləyir. 

P.S. Qeydiyyat və ətraflı məlumat üçün:
(+994) 070 269 00 16; (+994) 070 269 00 21

Email: info@mfl.az