Küçələrdən meydanlara MFL
Juventus Baku: 8 - 3 :Papa John's / GSP Logistics: 1 - 0 :Underdog3-cü yer uğrunda görüş və Final matçı

Elxan Məmmədov: "Millimiz seçmə mərhələyə tam hazırdır"

23 Avqust, 2016

AFFA-nın baş katibi Elxan Məmmədovun futbolinfo.az saytına müsahibəsi 

- Həvəskar futbolçuların "MFL San Marino Kuboku"nun final oyununu izlədiniz, mükafatlandırma mərasimini kənardan izlədiniz. Necə təəssürat yaratdı? Özünüz meydana çıxmaq istəmədiniz?

- Sözün düzü, çox istəyirdim. 90-ci illərin sonu-2000-ci illərin əvvəlində mənimlə birgə oynamış futbolçuları, idmançıları burada gördüm. O vaxt birgə həvəskar liqasında iştirak etmişdik. Bu gün də böyük həvəslə oynamaq istədim. Mənə bu gün məlumat verdilər ki, MFL təşkilatı gələn aydan uzun müddətli çempionat yaratmaq istəyir. Orada hər bir həvəskarın iştirak etmək imkanı olacaq. Sözün düzü, mən artıq ciddi düşünürəm ki, dostlarla bir komanda yaradaq və biz də oynayaq. Çünki biz peşəkar futbolçular deyilik axı. Ona görə rahat oynaya bilərik. Bu gün çox gözəl bayram ab-havası var idi. Sevindirici haldır ki, insanlar cavanlar, idmanla yaşayırlar. Bu, yaxşı haldır. ardını oxu...