Həvəskar futbolçuların “MFL San Marino Kuboku” artıq final mərhələsindədir. Bu çempionatın qalib komandası AFFA-nın dəstəyi ilə yığmamızla birlikdə San Marino - Azərbaycan oyununu izləməyə gedəcək.
Avqustun 22-də, saat 21:00-da “Sportster” meydançasında baş tutacaq həyəcanlı final qarşılaşmasında çempionatın ən güclü iki komandası – “Azfar” və “Juventus Baku” üz-üzə gələcək. Xatırladaq ki, “MFL San Marino Kuboku” iyulun 22-də 40 komandadan olan 400 həvəskar futbolçu ilə start götürüb.
MFL-in təşkil etdiyi ilk turnirdə komandaların limit sayı 24 olsa da, ikinci çempionatda müraciətlərin çoxluğunu nəzərə alaraq, təşkilatçılar bu sayı 40-a qaldırılması nəzərdə tutulub. Bildirək ki, Final qarşılaşmasını izləmək üçün turnirin son oyununa AFFA rəsmiləri, millimizin oyunçuları, eləcə də məşhur simalar dəvət olunublar. Bundan əlavə, final qarşılaşması MFL-in rəsmi “facebook” səhifəsində - https://www.facebook.com/mfl.baku - canlı yayımlanacaq. ardını oxu...