Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

Nə oldu sənə, "Montin"?

10 Avqust, 2016

MFL Kuboku həlledici mərhələyə qədəm qoyur. Dünən baş tutan 8 matçla qrup mərhələsinin oyunları başa çatmalı idi. Ancaq bir sıra komandalar son turun oyunlarına qatılmadı. Turnir həvəskarlar statusu daşısa da, bütün kollektivlər buna eyni gözlə baxmayıb. Məhz bu üzdən də pley-offa yüksəlmək şanslarını itirən komandalar “gözlərinin qurdunu öldürmək” həvəsindən çəkiliblər...

...37 il Montində yaşamış bir insanın məhlə uşaqlarının oyununda məhz bu komandaya simpatiya bəsləməsi qəbahət sayıla bilərmi? Buna kənardan qiymət vermək daha düzgün olar.  Rəqib SOCAR idi.  Oyunun ilk dəqiqələrindən “Montin”in rəqibinə müqavimət gösərə bilməyəcəyi üzə çıxdı. Adamın inanmağı gəlmir ki, Montində keyfiyyətli futbol oynayan uşaq qalmayıb. Bu heyət isə... Ehh, “köhnə qvardiya”nın uşaqlarından 3-4-ü olaydı yanımda, bir də reqlament imkan verəydi...  ardını oxu...