Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

“Yuventus” San-Marinoya yollanır

23 Avqust, 2016

Ötən axşam Bakı Olimpiya Stadionunun süni örtüklü meydançasında həvəskar komandalar arasında MFL-in təşkil etdiyi “San-Marino Kuboku”nun final qarşılaşması baş tutub.

Futbolinfo.az xəbər verir ki, həlledici matçda “Yuventus Baku” “AzFar”la qüvvəsini sınayıb. Maraqlı mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf Azərbaycanın “Qoca Sinyora”sı olub. İlk yarıda 2 dəfə rəqib torunu silkələyən “turinlilər” fasilədən sonra qapılarında 1 qol görsələr də, qələbəni qoruya biliblər. Qeyd edək ki, turnirin qalibi milli komandamızın dünya çempionatının ilk seçmə oyununda səfərdə qarşılaşacağı San-Marino yığmasına qarşı görüşünü stadiondan izləmək şansı əldə edib. ardını oxu...