Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

“Lipalarla” bağlı MFL rəhbərliyinin və komanda kapitanlarının birgə qərarı

13 Fevral, 2018

Məlum olduğu kimi, 30 yanvar 2018-ci il tarixində MFL rəhbərliyi tərəfindən “lipalarla” (Liqanın reqlamentinin tələblərinə cavab verməyən oyunçular) bağlı qərar qəbul edildi.

Qərara əsasən, “lipaların” iştirakı ilə keçirilən oyunlara görə xalların silinməsinin dayandırılması (həmin oyunçuların turnirdən kənarlaşdırılması şərti ilə) təklif olunub (həmin qərarın şərtləri ilə ətraflı şəkildə burada tanış ola bilərsiniz:
http://www.mfl.az/az/xeberler/262.html

Bu qərar, turnirin idman intriqasının qorunması və gələcəkdə çıxılan xallara görə komandalardan şikayətlərin daxil olmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Lakin MFL öz prinsiplərinə sadiq qalaraq sözügedən qərarın əlavə müzakirəyə ehtiyacı olması ilə bağlı komandalardan gələn çoxsaylı müraciətlərə biganə qalmadı.

Çərşənbə günü, fevralın 7-də MFL rəhbərliyinin və komandaların kapitanlarının iştirakı ilə bu məsələ ilə bağlı yığıncaq keçirildi. Yığıncaqda iştirak edə bilməyən kapitanlarla isə telefon vasitəsilə bağlantı quruldu. Qeyd olunan məsələ hərtərəfli müzakirə edildikdən sonra səsverməyə çıxarıldı.

Demək olar ki, bütün kapitanların iştirakı ilə keçirilən səsvermə nəticəsində (40 komanda 13 komandaya qarşı, 6 komanda isə iştirak etmədi) aşağıdakı qərarlar qəbul edildi:

• 30 yanvar 2017-ci il tarixli qərar (http://www.mfl.az/az/xeberler/262.html) etibarsız hesab edilsin.

• Bundan sonra da turnirin hansı mərhələdə keçirilməsindən asılı olmayaraq (qrup, pley-off, və s.) reqlamentə uyğun olmayan (“lipa”) oyunçuların iştirakı ilə baş tutan oyunlara görə xallar silinəcək (təqsirkar komandaya texniki məğlubiyyət veriləcək), oyunçunun özü isə dərhal yarışdan kənarlaşdırılacaq.

• Yuxarıda göstərilən cəzalar matçın keçirilmə və ya onun aşkar olunma vaxtından asılı olmayaraq, belə bir oyunçunun (“lipanın”) oynadığı bütün matçlara tətbiq olunacaq.

• “Lipaların” axtarışına qarşı mübarizə qətiyyətlə davam edəcək.

Səsvermədə aşağıdakı komandalar iştirak etdilər.

“A” Konferensiyası“B” Konferensiyası
30/01/2018 tarixli qərarın saxlanmasının lehinə30/01/2018 tarixli qərarın ləğv edilməsinə30/01/2018 tarixli qərarın saxlanmasının lehinə30/01/2018 tarixli qərarın ləğv edilməsinə
Avengers           Baku Union      Universal           Topçular
IKAUXəzər FKCaptainMuğanbank 
UnderdogBaku EaglesJuventus BakuPoseidon
Baku BGCinema PlusVur Komandir Joga Baku
ArchiCOBaku Blancos LSSBeerbaşa
AFFA BoysRəcəbsporAvanqardSabunçu
 VIP FKQarabağTornado
 Turin  Qartal 1903
 PartApart Coca-Cola
 Antique  Gənclik İ.K
 Peçat Dönər Astara FK
 Avantaj Army United 
 AgroSport Atilla
 Neftçi HFK  Vapiano
 GB Solution Ümid Masallı
 Bakaley  Forza Neftçi
 Ironfeet Maisan
 Səfəvilər Galaxy
 Sirena Motors Milan Qaradağ
 Ataman  Spartalılar
NəticəNəticə
6 komanda20 komanda7 komanda20 komanda
Telefon zənginə cavab vermədilərTelefon zənginə cavab vermədilər
BOS ShelfAtletiko Mineyro
Hyundai AzerbaijanCBC Sport
McDonald’sBiləv Company