Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL reqlamentə uyğun olmayan oyunçulara (lipalara) qarşı mübarizəni davam etdirir

11 Mart, 2018

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-də mübarizə hər keçən gün daha da kəskinləşir.

Komandalar nəyin bahasına olursa olsun qalib gəlməyə can atırlar. Buna nail olmaq üçün bəzi komandalar MFL-in reqlamentindən kənara çıxmaqdan belə çəkinmirlər.

Əsas problem isə “lipalarla” (Liqanın reqlamentinin tələblərinə cavab verməyən oyunçular) bağlıdır. Qeyd edək ki, MFL rəhbərliyi “lipalara” qarşı ciddi mübarizə aparır və bu məsələ Liqanın “Qaydalar” bölümünün 6-cı bəndində də öz əksini tapıb (http://www.mfl.az/az/info/qaydalar/).

Bundan başqa MFL rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, reqlamentə əməl etməyən komandalara və oyunçulara qarşı ciddi tədbirlər görüləcək.

Xatırladaq ki, fevralın 12-də MFL rəhbərliyinin və komanda nümayəndələrinin iştirakı ilə “lipalarla” bağlı böyük iclas keçirilib və həmin iclasda “lipalarla” mübarzəyə dair sərt qərar çıxarılıb.

Komandaların kapitanlarının da iştirak etdiyi iclasın yekunu olaraq səsvermə keçirilib və səsvermənin nəticəsində aşağıdakı qərarlar qəbul edilib:

• Bundan sonra da turnirin hansı mərhələdə keçirilməsindən asılı olmayaraq (qrup, pley-off və s.) reqlamentə uyğun olmayan (“lipa”) oyunçuların iştirakı ilə baş tutan oyunlara görə xallar silinəcək (təqsirkar komandaya texniki məğlubiyyət veriləcək), oyunçunun özü isə dərhal yarışdan kənarlaşdırılacaq.

• Yuxarıda göstərilən cəzalar matçın keçirilmə və ya onun aşkar olunma vaxtından asılı olmayaraq, belə bir oyunçunun (“lipanın”) oynadığı bütün matçlara tətbiq olunacaq.
(ətraflı burada: http://www.mfl.az/az/xeberler/273.html)

Qərarda eyni zamanda “lipaların” axtarışına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyi də öz əksini tapıb. 

MFL öz prinsiplərinə sadiq qalaraq müvafiq araşdırmalar aparıb və araşdırmanın nəticəsi olaraq bəzi komandalarda “lipa” oyunçuların olması müəyyən edilib. Beləliklə, həmin oyunçuları və onlarla bağlı MFL-in İntizam Komitəsinin çıxardığı qərarları təqdim edirik:

İlqar Abdulov (“Juventus Baku”)
2013/14 mövsümündə “Fənərbağça” (Yüksək liqa) futzal klubunda çıxış edib. Həmin oyunçu MFL-ın cari mövsümündə “Juventus Baku”-nun heyətində 2 oyun keçirib. Bu oyunların hər ikisi “Juventus Baku”nun qələbəsi ilə başa çatıb:

16.11.17/ “Qarabağ” FK 1 – 3 “Juventus Baku”
14.12.17/ “Topçular” 0 – 3 “Juventus Baku”

Beləliklə, qərara əsasən, İlqar Abdulov MFL-dən kənarlaşdırılır, “Juventus Baku” komandasına isə həmin oyunlara görə texniki məğlubiyyət verilir.

Fərhad İskəndərov (“Avanqard”)
2016/17 mövsümündə “Ceyhunspor” (Yüksək liqa) klubunda çıxış edib. Adı “Avanqard”ın iştirak ərizəsinə salınsa da, MFL-də oyuna çıxmayıb.

Beləliklə, Fərhad İskəndərov MFL-dən kənarlaşdırılır. Lakin komandaya texniki məğlubiyyət verilmir.

Sənan Məhərrəmov (“Captain”)
2016/17 mövsümündə “Yeni Günəşli” (Birinci liqa) futzal klubunda çıxış edib. “Captain”in heyətində 2 oyun keçirib. Bu oyunların hər ikisi “Captain”in qələbəsi ilə başa çatıb:

1.02.18/ “Army United” 1 – 2 “Captain”
25.01.18/ “Vapiano” 0 – 3 “Captain”

Emil Məmmədov (“Captain”)
2016/17 mövsümündə “Qarabağ Veteranları” (Birinci liqa) futzal klubunda çıxış edib. “Captain”in heyətində 1 oyun keçirib və həmin oyun “Captain”in məğlubiyyəti ilə başa çatıb:
18.01.18/ LSS 6 – 4 “Captain”
Bunu da qeyd etməliyik ki, həmin komandada reqlamentə uyğun (bax Madde 6.1.) rəsmi olaraq icazəsi olan peşəkar qismində Azad Abbaslı (“Yeni Günəşli”, Birinci liqa, 2016/17) iştirak etdiyindən, digər Birinci liqanın oyunçuları turnirə buraxıla bilməz.
Beləliklə, qərara əsasən, Sənan Məhərrəmov və Emil Məmmədov MFL-dən kənarlaşdırılır, “Captain” komandasına isə 2 oyuna görə texniki məğlubiyyət verilir.

Əkrəm Məmmədov (“Joga Baku”)
2016/17 mövsümündə “Ceyhunspor” (Yüksək liqa) klubunda çıxış edib. “Joga Baku”nun heyətində bütün oyunlarda çıxış edib. Bu oyunların 8-i “Joga Baku”nun qələbəsi ilə başa çatıb, 3 oyunda isə bərabərlik qeydə alınıb.

06.03.2018/ “Joga Baku” 2-2 “Beerbaşa”
02.03.2018/ “Joga Baku” 4-0 “Avanqard”
27.02.2018/ “Joga Baku” 6-0 “Atilla”
23.02.2018/ “Joga Baku” 2-1 “Astara FK”
20.02.2018/ “Joga Baku” 4-1 “Army United”
16.02.2018/ “Joga Baku” 2-0 “Muğan Bank”
13.02.2018/ “Joga Baku” 2-2 “LSS”
09.02.2018/ “Joga Baku” 4-0 “Atletiko Mineyro” 
25.01.2018/ “Joga Baku” 1-1 “Spartalılar”
21.12.2017/ “Joga Baku” 4-0 Ümid Masallı 
14.12.2017/ “Joga Baku” 2-1 “Tornado FC”

Beləliklə, qərara əsasən, Əkrəm Məmmədov MFL-dən kənarlaşdırılır, “Joga Baku” komandasına isə yuxarıda qeyd olunan oyunlara görə texniki məğlubiyyət verilir.

Tahir Məcidov (“Vur Komandir”)
Tahir Məcidov “Vapiano” komandasının kapitanı Xəyyam Həsənzadənin razılığı olmadan “Vur komandir” komandasına transfer olunaraq həmin komandanın heyətində 2 oyunda iştirak edib. 
“Vur komandir” komandası bu oyunların birində qələbə qazanıb, digərində isə məğlub olub.
9.02.18/ “Vur komandir” 8 – 0 “Milan Qaradağ”
6.02.18/ “Juventus Baku” 3 – 1 “Vur komandir”
Beləliklə, “Vur komandir” komandasına 1 texniki məğlubiyyət verilir.

* * *

“Lipalarla” bağlı məlumatı olan şəxslərdən artıq dərəcədə xahiş olunur ki, həmin məlumatı info@mfl.az ünvanına göndərsinlər.

P.S: Silinən xallarla bağlı turnir cədvəlində baş tutacaq dəyişikliklər qarşıdakı 3-4 gün ərzində həyata keçiriləcəkdir!