Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

MFL-in intizam komitəsinin XXI Turun yekunuyla bağlı qərarlar

12 Mart, 2018

MFL-in İntizam Komitəsinin XXI turun yekunuyla bağlı qərarları.

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan XXI turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

1. “ArchiCO” – “Səfəvilər” qarşılaşması “ArchiCO”nun matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“ArchiCO” artıq 4-cü dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Bu hal bir daha baş verərsə komanda Turnirdən kənarlaşdırılacaq (ətraflı burada: http://www.mfl.az/az/info/qaydalar/).

2. “Baku Blankos” – “Hyundai Azerbaijan” qarşılaşması “Hyundai Azerbaijan”ın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“Hyundai Azerbaijan” 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Bu hal 5-ci dəfə təkrarlanacağı halda komanda Turnirdən kənarlaşdırılacaq.

3. “Vur komandir” – “Ümid Masallı” qarşılaşması “Ümid Masallı”nın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“Ümid Masallı” 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Bu hal 5-ci dəfə təkrarlanacağı halda komanda Turnirdən kənarlaşdırılacaq.

4. “AgroSport” – “GB Solution” qarşılaşması “AgroSport”un matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“AgroSport” da 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Bu hal 5-ci dəfə təkrarlanacağı halda komanda Turnirdən kənarlaşdırılacaq.

5. “Atilla” – “Poseidon” qarşılaşması “Atilla”nın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“Atilla” isə artıq 3-cü dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Bu hal daha iki dəfə təkrarlanacağı halda komanda Turnirdən kənarlaşdırılacaq.

6. “LSS” - “Spartalılar” matçında ikincilərin oyunçusu İdeal Qarayev hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 3 oyunu buraxacaq.