Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL-in intizam komitəsinin XXIV Turun yekunuyla bağlı qərarlar

28 Mart, 2018

MFL-in İntizam Komitəsinin XXIII turun yekunuyla bağlı qərarları:

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan XXIII turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:
1. “Rəcəbspor” – “Ataman” oyununda “Rəcəbspor”un futbolçusu Mahmud Məsimov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Daha sonra isə hakimi təhqir edib. Bu səbəbdən növbəti 4 oyunu (1+3) buraxacaq.


2. “Underdog” - “Avengers” oyununda “Avengers”in futbolçusu Müsayir Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 3 oyunu buraxacaq.


3. “VİP FK” – “ArchiCO” qarşılaşması “ArchiCO”nun matça gəlməməsi səbəbindən baş tutmadı. “ArchiCO” komandası 5-ci dəfə oyuna gəlmədiyi üçün Turnirdən kənarlaşdırılır (bax: Qaydalar. 16.2).


4. “Ümid Masallı” – “LSS” qarşılaşması “Ümid Masallı”nın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. 
“Ümid Masallı” 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq (ətraflı burada: http://www.mfl.az/az/info/qaydalar/).


5. “Universal” – “Atletiko Mineyro” qarşılaşması “Atletiko Mineyro”nun matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. 
“Atletiko Mineyro” artıq 4-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Bu hal bir daha təkrarlanacağı təqdirdə komanda Turnirdən kənarlaşdırılacaq.


6. “Milan Qaradağ” – “Captain FK” qarşılaşması “Milan Qaradağ”ın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. 
“Milan Qaradağ” 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq.


7. “Spartalılar” – “Astara FK” oyununda “Spartalılar”ın futbolçusu Ülvi Bağırlı iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.