Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

MFL-in 24-cü turu: Pley-off uğrunda mübarizə ən yüksək həddədir – FOTO – VİDEO

29 Mart, 2018

Azərbaycanda ən iri həvəskar futbol liqası MFL-in 24-cü turunun oyunları başa çatıb.    

1news.az-ın verdiyi xəbərə görə, hər iki konferensiyalarda matçların sona çatmasına az qalıb. Bundan sonra pley-off mərhələsinə yüksəlmiş komandalar məlum olacaq.

Bununla yanaşı, hər turda turnir cədvəli kəskin dəyişə bilir. Nümunə üçün, A Konferensiyasında “Peçat Dönər” və “Turin” kimi komandalar çempionat zamanı lider qruplar olsalar da, ilk onluqdan çıxıb. Onlardan fərqli olaraq “GB Solution” onluğa qayıda bilib. Həmçinin komanda hazırda 6-cı yerdə qərarlaşıb. Bu da birbaşa pley-off-a yüksəlməyə imkan verir. Həmçinin “Xəzər FK” kimi komanda da 10-cu yerdə qararlaşıb. Bu da həlledici oyundan kənar qalmaq təhlükəsi yaradır.

 

24-cü turun matçlarında “Underdog” komandasının “Avengers” üzərində qələbəsi, həmçinin “AFFA Boys” dan olan “Turin”in məğlubiyyəti ilə diqqəti cəlb edib.

A Konferensiyasının turnir cədvəli bu cürdür:

A Konferensiyasının ən yaxşı bombardirlər siyasına “Sirena Motors”dan H.Əlsalam liderlik edir.

Əvvəlki kimi, ən yaxşı assistalara siyahısına “Sirena Motors”dan X.Elvin liderlik edir.

B Konferensiyasında turnir cədvəlinə “Sabunçu”, “LSS” və “Juventus Baku”nun düşməsi diqqət çəkir. Hər üç komanda 24 turdan sonra pley-off mərhələsinə yüksəlmək üçün həlledici sahədə yerləşir. Hesabat turunda “LSS” və “Juventus Baku” öz aktivinə 3 xal yazdıra bilib.

Turnir cədvəlində əvvəlki kimi “Astara FK” və “Beerbaşa” liderlik edir.

B Konferensiyasında bombardirlər siyahısına “Galaxy”-dən A.Əsgər yüksəlib.

B Konferensiyasının assistalar siyahısına “Joga Baku”-dan H.Elvin birinci yerə sahib olub.

Turun nəticələrinə görə, MFL-in Nizam-intizam Komitəsinin iclası zamanı A Konferensiyasında çıxış edən “ArchiCO” komandasının uzaqlaşdırılması qərara alınıb. Belə ki, komanda mövsüm ərzində beşinci dəfədir ki, oyuna gəlməyib. “VİP FK” ilə oyun zamanı onlara texniki məğlubiyyət verilib. Həmçinin MFL-in əsasnaməsinə uyğun olaraq komanda hazırki mövsümdən çıxarılıb.

Bununla yanaşı, MFL qolkiperlərin ən yaxşı nəticələrini gəstərən video-çarx da hazırlayıb. Baxmağa dəyər.

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az