Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL-in intizam komitəsinin XXVII Turun yekunuyla bağlı qərarlar

09 Aprel, 2018

MFL-in İntizam Komitəsinin XXVII turun yekunuyla bağlı qərarları MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan XXVII turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib: Aprelin 5-də keçirilmiş oyunlarla bağlı qərarlar:

1. “Baku Union” - “Hyundai Azerbaijan” oyununda “Baku Union”un futbolçusu Təbriz Yarıyev birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

2. “Ataman” – “Turin” oyununda hesab 0:7 olarkən “Ataman” komandası səbəbsiz olaraq meydanı tərk edib. Hesab olduğu kimi qalır.

3. “AgroSport” – “Xəzər FK” qarşılaşması “AgroSport”un matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. “AgroSport” 3-cü dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda daha 2 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq (ətraflı burada: http://www.mfl.az/az/info/qaydalar/).

4. “Cinema Plus” – “İKAU” oyununda “İKAU”nun futbolçusu Kamal Hüseynov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq. Aprelin 6-da keçirilmiş oyunlarla bağlı qərarlar:

5. “Biləv Company” – “Sabunçu” qarşılaşması “Biləv Company”nin matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. “Biləv Company” 2-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq.

6. “Muğanbank” – “Vapiano” qarşılaşması “Vapiano”nun matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. “Vapiano” komandası ardıcıl 3-cü dəfə oyuna gəlmədiyi üçün Turnirdən kənarlaşdırılır (bax: Qaydalar. 16.2).

7. “CBC Sport” – “Joga Baku” qarşılaşması “Joga Baku”nun matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. “Joga Baku” ilk dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq.

8. “Astara FK” – “Ümid Masallı” qarşılaşması “Ümid Masallı”nın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. “Ümid Masallı” 3-cü dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda daha 2 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq.

9. “Galaxy FK” – “Milan Qaradağ” qarşılaşması “Milan Qaradağ”ın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. “Milan Qaradağ” 2-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq. 10. “Coca-Cola” – “Qarabağ FC” qarşılaşması “Qarabağ FC”nın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. “Qarabağ FC” ilk dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq.