Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL-in intizam komitəsinin XXVIII Turun yekunuyla bağlı qərarlar

12 Aprel, 2018

MFL-in İntizam Komitəsinin XXVIII turun yekunuyla bağlı qərarları!

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan XXVIII turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib.

Aprelin 9-da keçirilmiş oyunlarla bağlı:

1. “Peçat Dönər” – “AgroSport” qarşılaşması “AgroSport”un matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“AgroSport” komandası 5-ci dəfə oyuna gəlmədiyi üçün Turnirdən kənarlaşdırılır (bax: Qaydalar. 16.2).

2. “VİP FK” – “Ataman” qarşılaşması “VİP FK”nın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“VİP FK” 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq (ətraflı burada: http://www.mfl.az/az/info/qaydalar/).
 

3. “Hyundai Azerbaijan” – “Underdog” qarşılaşması “Hyundai Azerbaijan”ın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“Hyundai Azerbaijan” 3-cü dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda daha 2 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq.
 

4. “İKAU” – “FC Baku Union” oyununda “FC Baku Union”un futbolçusu Murad Əsədov birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.
 

Aprelin 10-da keçirilmiş oyunlarla bağlı:

5. “Qarabağ FC” – “Maisan” qarşılaşması “Qarabağ FC”nın matça gəlməməsi səbəbindən baş tutmadı. “Qarabağ FC” heç bir səbəb göstərmədən turniri tərk edib.

6. “Spartalılar” – “Biləv Company” qarşılaşması “Spartalılar”ın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“Spartalılar” 2-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq.

7. “Juventus Baku” – “Joga Baku” qarşılaşması “Joga Baku”nun matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

“Joga Baku” 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq.


8. “Universal” – “Astara FK” oyununda “Universal”ın futbolçusu Orxan Qəhramanov birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.