Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

Lipalarla bağlı yekun qərar

04 May, 2018

Hörmətli turnir iştirakçıları!

Bir neçə mübahisəli məqamlar nəticəsində Play-off mərhələsi yubanmaqdadır.

Lakin bütün bu məsələlərlə bağlı kapitanlarla məsləhətləşmələr aparılıb və aşağıdakı qərar qəbul edilib.

Bildiyiniz kimi, fevralın 7-də MFL rəhbərliyinin və komanda nümayəndələrinin iştirakı ilə “lipalarla” bağlı böyük iclas keçirilib və həmin iclasda “lipalarla” mübarizəyə dair sərt qərar çıxarılıb.

Komandaların kapitanlarının iştirak etdiyi iclasın yekunu olaraq səsvermə keçirilib və səsvermənin nəticəsində aşağıdakı qərarlar qəbul edilib:

• Bundan sonra da reqlamentə uyğun olmayan (“lipa”) oyunçuların iştirakı ilə baş tutan oyunlara görə xallar silinəcək (təqsirkar komandaya texniki məğlubiyyət veriləcək), oyunçunun özü isə dərhal yarışdan kənarlaşdırılacaq.

• Yuxarıda göstərilən cəzalar matçın keçirilmə və ya onun aşkar olunma vaxtından asılı olmayaraq belə bir oyunçunun (“lipanın”) oynadığı bütün matçlara tətbiq olunacaq (ətraflı burada http://www.mfl.az/az/xeberler/273.html).

MFL və komandalar müvafiq araşdırmalar aparıb və araşdırmanın nəticəsi olaraq bəzi komandalarda “lipa” oyunçuların olması müəyyən edilib.

Mayın 2-də MFL rəhbərliyi və komandaların kapitanlarının iştirakı ilə iclas keçirilib və yuxarıda qeyd olunan qərarın əsaslı olduğu yenidən vurğulanıb. İclasda AFFA-nın Baş Katibi də qonaq qismində iştirak edib.

Beləliklə, “lipa” sayılan oyunçuları təqdim edirik:

1.      Nicat Qafarlı (“Vapiano”)

2.      Əmirəliyev Yadulla (“VİP FK”)

3.      Orxan Məmmədov (“GB Solution”, transferdən sonra “Turin”)

4.      Zaur Əliyev (“Xəzər FK”)

5.      Sərxan Vəliyev (“Baku Eagles”)

6.      Sadiq Süleymanov (“Baku Eagles”)

7.      Müşviq Əzizov (“Underdog”)

8.      Nicat Qafarlı (“Vapiano”)

9.      Fərəc Fərzəliyev (“Galaxy”)

10.    Orxan Ağayev (“Galaxy”)

11.    Abbas Sultanov (“Poseidon”)

12.    Əflatun Qəhrəmanov (“Baku Union”)

13.    Əkbər Əlizadə (“Topçular”)

14.    Əsgər Hünbətov (LSS)

15.    Erik Obidiki (“Vur komandir”)

16.    Səid Abbasov (“Underdog”)

17.    İsmayıl Qəhrəmanov (“Avantaj”)

18.    Orxan Qəhrəmanov (“Universal”)

19.    Elçin Qasımzadə (“Hyundai”)

20. Bəxtiyar Əzizov ("Underdog")

22. Allahverdi Babayev ("Avengers")

23. Turxan Quliyev ("Peçat Dönər")

Həmin oyunçuların iştirak etdiyi matçlar üzrə xallar silinəcək və turnir cədvəli yenidən hesablanacaq.

 

Barəsində xüsusi araşdırma aparılan oyunçular (araşdırma bu gün ərzində yekunlaşacaq):

1. Tural Məmmədli Malik oğlu ("Astara FK")

Komandalardan xahiş edirik ki, hər hansı digər oyunçularla bağlı şübhələri olduğu halda MFL nümayəndələrinə bu barədə xəbər versinlər.

Lipaların iştirak etdiyi oyunlara görə Play-off mərhələsində də texniki məğlubiyyət veriləcək.

 

* * * *

 

Xüsüsən qeyd etməliyik ki, Futzal Federasiyasına məxsus protokolların AFFA-nın saytında dərc olunmasından sonra məlum oldu ki, çox sayda futbolçular eyni vaxtda futzal üzrə bir neçə turnirdə, bir neçə komandanın heyətində çıxış ediblər. Bu isə AFFA tərəfindən təsdiq olunmuş qaydalara zidd olaraq baş verib.

Belə ki, həmin futbolçular Birinci divizionda çıxış edən komandalarla yanaşı, futzal üzrə yüksək liqa klublarında da forma geyiniblər. Və əksinə.

Bununla yanaşı həmin oyunçular AFFA-nın sistemində peşəkar futbolçu kimi qeydiyyata düşməyiblər. Bu isə o deməkdir ki, bu şəxslər müvafiq lisenziyaları olmadan peşəkar turnirlərdə çıxış ediblər.

Qeyd olunan problem fərdi deyil, sistematik xarakter daşıdığından, toplanan bütün məlumatlar MFL tərəfindən AFFA rəhbərliyinə təqdim olunub və ətraflı araşdırılıb.

AFFA-dan MFL-ə bildiriblər ki, protokolların düzgün tərtib edilməməsi, eləcə də lisenziyası olmayan futbolçuların oyunlara buraxılması həqiqətən də öz təsdiqini tapıb.

Futzal Federasiyasının bəzi əməkdaşları tərəfindən sənədləşmə işlərinin aparılması zamanı çoxsaylı səhvlərə yol verilməsi, eyni zamanda futbolçuların oyunlara buraxılması zamanı yol verilən qayda pozuntuları barədə Fuzal Federasiyasının prezidenti də məlumatlandırılıb.

AFFA-dan bildiriblər ki, qeyd olunan faktlar üzrə günahkar əməkdaşların cəzalandırılmasına qərar verilib.

Bundan əlavə, MFL-ə minnətdarlığının göstəricisi olaraq AFFA-nın baş katibi Elxan Məmmədov iştirakçı komandaların kapitanları ilə görüş keçirib onlara mini futbol və futzal turnirlərinin təşkili ilə bağlı planlaşdırılan dəyişikliklər barədə məlumat verib.