Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

Tofiq və Tural Hüseynovla (“Avanqard”) bağlı qərar

14 May, 2018

MFL rəhbərliyinə “Avanqard FK” komandasında iki “lipa” oyunçunun olması ilə bağlı məlumat daxil olub. Məlumatda sözügedən komandada çıxış edən Tofiq Hüseynovla Tural Hüseynovun 2017/2018-ci il mövsümündə Futzal üzrə I Liqada U-17 komandasının heyətində çıxış etdikləri bildirilib.

Reqlamentə əsasən, 2016-2017-ci və ya 2017-2018-ci il mövsümlərində Azərbaycanın Futzal üzrə Birinci Liqasında iştirak etmiş 1 (bir) oyunçunun MFL-də iştirakına izacə verilir (bax: Qaydalar.6.1). 

Aparılan araşdırma zamanı həmin şəxslərin ad və soyadlarının U-17-də çıxış edən başqa oyunçularla oxşar olduğu məlum olub.

Belə ki, MFL-də çıxış edən və qardaş olan Tofiq Hüseynovla Tural Hüseynovun atasının adı Arzu, U-17 komandasında çıxış edən Tofiq Hüseynovun atasının adı Rüfət, Tural Hüseynovun atasının adı isə Cabirdir.

Beləliklə, müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Buna sübut olaraq U-17 komandasının oyununun protokollarını və adıçəkilən dörd oyunçunun şəxsiyyət vəsiqələrinin surətlərini təqdim edirik: