Küçələrdən meydanlara MFL
MFL 2017-201830.10.2017 - 15.05.2018

Play-off-da çıxış edəcək bütün komandalar məlum oldu

14 May, 2018

Play-off-da çıxış edəcək bütün komandalar məlum oldu

MFL-də mini play-off oyunları keçirilib.

 

Hər iki konferensiyada 7-10-cu yerləri tutan komandalar əsas play-off mərhələsinə çıxmaq üçün 4 vəsiqənin sahibini öz aralarında keçirdikləri oyunlarla müəyyənləşdiriblər.

 

Bunlar A Konferensiyasından “PartApart”, “Ironfeet”, “Ataman” və “Avantaj”, B Konferensiyasından isə “Avanqard FK”, “Muğanbank”, “Poseidon” və “Spartalılar” komandaları olub.

 

Nəticələri təqdim edirik:

A Konferensiyası

“Ironfeet” 3:0 “Ataman”

“Avantaj” 5:1 “PartApart”

 

B Konferensiyası

“Avanqard FK” 2:0 “MuğanBank”

“Poseidon” 4:1 “Spartalılar”

 

Bu nəticələrdən sonra A Konferensiyasından “Ironfeet” və “Avantaj”, B Konferensiyasından isə “Avanqard FK” və “Poseidon” əsas play-off mərhələsində çıxış edəcək komandalar arasında müvafiq olaraq 7-8-ci yerləri tutublar.

 

Beləliklə, play-off mərhələsində (1/8 final) aşağıdakı komandalar mübarizə aparacaqlar:

 

"A" Konferensiyası            "B" Konferensiyası

1. “Cinema Plus”                    1. “Beerbaşa”

2. İKAU                                 2. “Astara FK”

3. “Sirena Motors”                 3. “Captain FK”

4. Rəcəbspor                         4. “Sabunçu”

5. “Baku Blancos”                  5. “Juventus Baku”

6. “GB Solution”                     6. “Qartal 1903”

7. “Ironfeet”                           7. “Avanqard FK”

8. “Avantaj”                           8. “Poseidon”

 

Komandaların sıralamasına uyğun olaraq bir-biri ilə qarşılaşacaq komandaları təqdim edirik:

“Cinema Plus” – “Poseidon”

“İKAU” – “Avanqard FK”

“Sirena Motors” – “Qartal 1903”

“Rəcəbspor” – “Juventus Baku”

“Baku Blancos” – “Sabunçu”

“GB Solution” – “Captain FK”

“Ironfeet” – “Astara FK”

“Avantaj” – “Beerbaşa”

Komandalar arasında ilk oyunlar cümə günü (18 may), cavab qarşılaşmaları isə gələn həftənin bazar ertəsi (21 may) keçiriləcək. İki oyunun nəticəsinə görə qalib gələn komandalar 1/4 finala vəsiqə əldə edəcəklər.