Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL 2017/2018 mövsümü - FİNAL

28 İyun, 2018

MFL - küçələrlə stadionların kəsişmə nöqtəsidir. MFL - tribunalardan meydanlara azarkeşlik edənlərin özlərinin ulduza çevrilməsidir. MFL - Azərbaycanda həvəskar futbolçuların öz kubokları uğrunda mübarizəsidir. Və bu mübarizə artıq final mərhələsindədir!

Liqanın ən güclü iki komandasının - "IKAU" - "Baku Blancos" final qarşılaşmasını izləmək, birlikdə futbol həyəcanını yaşamaq, küçələrdən meydanlara gətirilən futbol kultunun bir hissəsi olmaq üçün İYUNUN 30-də, SAAT 20:00-da “Sportster” meydançasında Sizi də gözləyirik!

Qeyd edək ki, III yer uğrunda görüş: "Sirena Motors" - "Juventus Baku" qarşılaşması həmin gün, saat 18:00-da baş tutacaq. Bundan əlavə, hər iki matçın aralığında "Crossbar Challenge" və "Dizzy Goals Challenge" baş tutacaq, izləməyə gələnlər arasında event postunun altında şərh yazan ilk 10 nəfər adları çəkilən yarışmalarda iştirak etmək və dəyərli hədiyyələr qazmaq şansı əldə edəcəklər.

Xatırladaq ki, MFL kuboku MFL və "Sport Marketing Group"un təşkilatçılığı ilə baş tutacaq.

GİRİŞ SƏRBƏSTDİR.

Final qarşılaşması MFL-in rəsmi “facebook” səhifəsində - https://www.facebook.com/mfl.baku - canlı yayımlanacaq.

Ünvan: Böyükşor şossesi, Bakı Olimpiya Stadionu, "Sportster" Kompleksi.

Əlaqə nömrəsi: (055) 587 53 54