Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL-in İntizam Komitəsinin IV turun yekunuyla bağlı qərarları

23 Noyabr, 2018

MFL-in İntizam Komitəsinin IV turun yekunuyla bağlı qərarları:

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan 4-cü turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:
1. “Poseidon” - “Moskva T.M.” oyununda “Poseidon” komandasının futbolçusu Emil Tağıyevə nizam-intizam qaydalarını pozduğu üçün ciddi xəbərdarlıq edlan edilsin.

Eyni zamanda “Moskva T.M.” komandasına da nizam-intizam qaydalarını pozduğu üçün ciddi xəbərdarlıq elan edilsin. Bu cür halın yenidən baş verəcəyi təqdirdə komandaya qarşı sanksiyalar tətbiq olunacaq.

2. “Sabko” – “Borussiya Baku” oyununda “Sabko”nun futbolçusu Kamandar Məmmədov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

3. “Sirena Motors” - “Kontakt Home” oyununda “Kontakt Home”un futbolçusu Elvin Şükürov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 3 oyunu buraxacaq.