Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

United Sport MFL 2018/19-un 5-ci turu: “Böyük kapitanın” qolu, “Kapital Bank”dan möhtəşəm qələbə – FOTO – VİDEO

23 Noyabr, 2018

United Sport MFL 2018/19-un V turu baş tutub.

5-ci turun Infinity konferensiyası daha məhsuldar alınıb. “Səbail”, “Turin”, “CS”, “Galaxy” və “Köftəçi Ramiz” kimi komandalar böyük qələbələrlə yadda qalıb. Daha inadkar qələbələr isə MFL-in favoritlərindən “Beerbaşa” və “Squadra” komandalarında olub.

 
 

 

5-ci turda uzun müddətdən sonra il qolunu “Köftəçi Ramiz”in kapitanı Tamerlan  İbrahimov vurub. “Köftəçi Ramiz” “Wolves” komandasını (6:0) darmadağın edib.

5-ci turda Infinity konferensiyasının ən yaddaqalan məqamları:

 

5-ci turdan sonra turnir cədvəlində beş klub arasında gərgn mübarizə müşahidə olunur. Hələ ki, “Moskva TM” və  “Astara FK” ən yüksək nəticəni nümayiş etdirir.

Dünən Platinum konferensiyasının da 5-ci turu baş tutdu. Hesabat turunda ən iri qələbəni “Baku City” 12:0 hesabı ilə “Kapital Bank” qazandı.

 

5-ci turda Platinum konferensiyasının ən yaddaqalan məqamları:

Gələn həftə, Bakı Olimpiya Stadionunda “Qarabağ”la “Sportinq” arasında Avropa Liqası matçı ilə əladar olaraq United Sport MFL 2018/19-un 6-cı turunun vaxtı dəyişdirilir.

Yeri gəlmişkən, noyabrın 15-də MFL TV-nin efirində #FootballTalk verilişi işıq üzü görüb. Aparıcı Rəfiqə Əzizin qonaqları sabiq futbolçu və Azərbaycanın futbol üzrə yığmasının eks məşqçisi Şahin Diniyev və United Sport MFL 2018/19-da çıxış edən “Rulewave Baku” komandasının kapitanı Sərxan Məhərrəmov olublar.

Verilişin əsas müzakirə mövzusu milli yığmamızın Millətlər Liqasındakı uğursuz çıxışı olub.

Veriliş zamanı Ş.Diniyev həmçinin yığmada məşqçilik etdiyi dövlərdən, 2007-ci ildə Finlandiya yığması ilə qələbədən (1:0) və istefasından danışıb. Öz növbəsində də United Sport MFL 2018/19-da çıxış edən “Rulewave Baku” komandasının kapitanı Sərxan Məhərrəmov komadasının qazandığı qələbədən danışıb.

MFL United Sport 2018/19Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.