Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

#MFLStars: Sirena Motors – United Sport MFL 2018/19-un hərəkətverici mexanizmi

27 Noyabr, 2018

Güc, sürət, ötürmə – bütün bunlar United Sport MFL 2018/19-un liderlərindən biri Sirena Motors komandasını xarakterizə edir.

Sirena Motors – Azərbaycanda yeddi Çin avtomobil brendinin yeganə distrinütorudur. Bunlar CHANGAN, GAC, BAIC, MG, JAC, ZX AUTO və FAW-dur. Sirena Motors şirkəti 2013-cü ilin sentyabrında yaradılıb.

Həmçinin Sirena Motors Azərbaycanda ən iri həvəskarlar liqası MFL-in ötənilki mövsümünün bürünc mükafatçısıdır. Və United Sport MFL 2018/19-un builki mövsümünün favoritlərindən biridir.

Püşkatma zamanı Sirena Motors Platinum Konferensiyasına düşüb. Beş turdan sonra komanda 9-cu mövqedə qərarlaşıb. Üç qələbə və iki heç-heçə komandanı liderlər qrupundan uzaqlaşdırıb. Bununla yanaşı, Sirena Motors konferensiyanın məğlubiyyət görməyən 7 komandasından biridir.

Komandanın kapitanı Əlisalam Həmidov uğursuz startla bağlı məsuliyyəti öz üzərinə götürür.

“İki matçda mənə görə xal itirdik. Gərək vuraydıq”, – deyə komandanın ən yaxşı bombardiri açıqcasına etiraf edib.

Yeri gəlmişkən, bu mövsümdə o, 8 qol vuraraq komanda yoldaşlarına iki dəfə ötürmələr edib.

Əlisalam Həmidov – liqanın ən yaxşı futbolçularından biridir. Ötən mövsümdə MFL-in ən yaxşı bombardiri olub.

“Bəziləri elə düşünür ki, mən qol vura bilmirəm. Matçlarda nəticə baxımından fərqləndiyim üçün ən yaxşı bombardir olmuşam. 99% əminəm ki, yenidən MFL-in ən yaxşı bombardiri olacağam. Komanda yoldaşlarım bu imkanı mənə verir. Hesab 4:0 və ya 5:0 olanda uşaqlar qol vurmağım üçün mənə top ötürür”.

Kapitan qeyd edir ki, onlar ən yüksək nəticələrə nail olmağa qərarlıdırlar:

“İlk növbədə mən özümə inanıram, daha sonra isə komanda yoldaşlarıma. Baş məşqçi Əfqan Talıbovla birlikdə heyəti yığmışıq. Hazırda Sirena Motors-da elə oyunçular var ki, ən yüksək nəticələrə nail ola bilirlər. Komandamızın ən başlıca üstünlüyü – birliyimizdir”.

Komadanın vitse-kapitanı Emin Quliyev qeyd edir ki, bu il onları ciddi rəqabət gözləyir:

“Komandamız öz gücünə inanır. Lakin bu, bizim mütləq qalib gələcəyimiz anlamında deyil. Hər zaman heyətində güclü oyunçular olan komanda qalib gəlmir. Misal üçün, ötən il favoriti olduğumuz turnirdə oynayırdıq. Lakin yarımfinalda uduzduq, özü də iri hesabla. Bu, idmandır. Və heç kəs əvvəlcədən nəyisə söyləyə bilməz”.

Ötən il zəif komandalr çox idi. Bu mövsüm belələri yoxdur. Rəqabət çox güclənib. Bütün komandalar təxminən eyni səviyyədədir. Komanda rəhbərliyi baxımından bəxtimiz gətirib. Onlar bizə inanır və komanda üçün güclü təkandır”, – deyə Emin söyləyib.

Sirena Motors-un marketinq departamentinin rəhbəri Eyyub Əliyev qeyd edir ki, komandadan yalnız qələbə gözləyirlər.

“Hər oyunda yalnız qələbə üçün oynayırıq. United Sport MFL 2018/19-un builki mövsümündən də komandanın qələbəsini gözləyirik. Sirena Motors şirkəti yarandığı ilk gündən idmana, futbola xüsusi diqqət ayırır. Ötən il MFL-də işitirak etməyə qərar verik. Komandanın 60%-i öz işçilərimiz idi. Digər oyunular isə kənardan gətirilmişdi. Lakin sonra gördük ki, buradakı komandalar çox güclüdür. Daha sonra biz də oyunçular dəvət edərək heyəti gücləndirdik. Lakin bunlar muzdlu oyunçular idi. Onların hamısını şirkətdə işlə təmin etdik. Yəni onlar öz iş yerlərini dəyişdilər.

Ötən mövsüm üçüncü yerin sahibi olduq. Lakin bunu uğursuzluq kimi qəbul etdik. Əgər bizə kimsə desəydi üçüncü yeri tutacaqsınız, bunu yaxşı nəticə kimi hesab edərdik. Çempionat ərzində qarşımızı məqsəd qoyduq – çempion olmağı.

Müasir futbol maliyyə yardımları da tələb edir. Ən yaxşı nəticələrə bahalı klublar nail olur. Bu baxımdan komandanın bəxti gətirib. Sirena Motors-un rəhbərliyi hər zaman komandanın qayğısına qalır. Əvəzində isə yalnız qələbə gözləyirik”.

Bununla yanaşı, Sirena Motors-un yaxın zamanda keçirilən matçlarında aparıcı oyunçudan məhrum ola bilər. Əlisalam Həmidov zədə alıb və iki ay oyunlarda iştirak etməyə bilər.

O, olmadığı müddətdə Emin Quliyev onu əvəz etməyə hazır olduğunu bildirib:

“Əminən ki, kapitan yaxın zamanda sağlamlığını bərpa edəcək. Mühərriki yığılsın deyə artıq onu servisə göndərmişik”, - deyə o, zarafat edir.

Qeyd edək ki, Sirena Motors şirkəti United Sport MFL 2018/19-un sponsorlarından biridir.