Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL İntizam Komitəsinin VIII turun yekunuyla bağlı qərarları

21 Dekabr, 2018
MFL İntizam Komitəsinin VIII turun yekunuyla bağlı qərarları:
 
MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan 8-ci turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:
 
17.12.2018
 
1. “Beerbaşa” – “Avşar” oyununda “Avşar”ın futbolçusu Aydın Bəyişli birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.
 
2. “Astara FK” – “Poseidon” oyununda “Poseidon”un futbolçusu Zaur Dadaşov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.
 
3. “Qala Sığorta” – “İctimai TV” qarşılaşması “İctimai TV”nin matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.
“İctimai TV” komandası 3-cü dəfə ardıcıl olaraq oyuna gəlmədiyi üçün Turnirdən kənarlaşdırılır (bax: Qaydalar - 17).
 
20.12.2018
 
4. “Universal FK” – “AgroSport” oyununda “Universal”ın futbolçusu Seymur Məmmədov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.
 
5. “Peçat Dönər” – “Sirena Motors” oyununda “Peçat Dönər”in futbolçusu Şamil Bayramov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.
Həmin oyunda “Peçat Dönər”in futbolçusu Əli Quliyev hakimə qarşı fiziki güc tətbiq edərək onun üzərində olan emblemi qopardaraq yararsız hala saldığı üçün 7 oyunluq cəzalandırılır.