Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL ALL STAR VS Street Football Kings komandaları arasında oyun baş tutdu

24 Dekabr, 2018
Azərbaycanda həvəskar futbolu peşəkar səviyyədə küçələrdən meydanlara gətirən MFL daha bir yeniliyə imza atıb. 2018-ci ilin ən həyəcanlı qarşılaşmasının başlama fiti bu dəfə keçmiş MDB ölkələrinin top ustadlarının topa toxunması ilə çalınıb.
Belə ki, 22 dekabr saat 18:00-da Rusiyanın məşhur "Street Madness Team" komandası Azərbaycanın bir nömrəli həvəskar futbol liqası olan MFL-in top ustadları ilə qarşılaşıblar. Adıçəkilən komanda yetərincə məşhurdur, heyətlərində dünyaca ən məşhur “Street Kings” komandasının iki üzvü - Jan Pyer Papen və Bizex - Bakının “Urban Kings Azerbaijan” komandası ilə güclərini birləşdiriblər. Vahid komanda şəklində çıxış edən “gəlmələr” ölkə mini futbolunun ən güclülərinə qarşı mübarizə aparıblar.

Ümumi tədbir iki hissədən ibarət olub: “panna” mübarizəsi və futbol matçı. Təbii ki, mini futbolun top ustadları barədə danışırıqsa, “panna”dan yan keçmək mümkün deyil. "MFL ALL STAR"-ın oyunçusu İlkin Babayev "panna" ustalarına qarşı mübarizədə ən dözümlü olduğuna görə MFL tərəfindən simvolik mükafata layiq görülüb. Liqanın təşkilatçıları gələn azarkeşləri də sevindirmək üçün matçın fasiləsində futbola aid primitiv suallardan ibarət intelektual oyun keçirib. Könüllü olaraq seçilən, bir qadın, iki kişinin mübarizə apardığı yarışda Kamal adlı azarkeş qalib olaraq hədiiyə qazanıb.

Olduqca maraqlı ab-havada və gərgin mübarizə şəraitində keçən futbol şousunu izləmək üçün hər kəs Bakı Olimpiya Stadionu ətrafında yerləşən MFL Arenada olub. “MFL ALL STAR” və “Street Football Kings” qarşılaşması 5:2 hesabı ilə "bizimkilər"in xeyrinə başa çatıb. Qarşılaşma MFL-in “Facebook” səhifəsi vasitəsilə canlı yayımlanıb. Matçda qalib komandanın heyətində qolları Əlsalam Həmidov, Rüfət Cəfərov və Elçin Mütəllimov, rəqib komandanın heyətində isə Farko və Nugzar Kvirtiya vurublar.
Qeyd edək ki, MFL United Sport Liqası 2018/19 mövsümü Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) şirkətlərinin sponsorluğu ilə keçirilir. Təşkilati dəstək Sport Marketing Group (SMG) şirkətinə, informasiya dəstəyi isə CBC Sport və www.1NEWS.az saytına məxsusdur.