Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

United Sport MFL 2018/19-un IX turu: “Beerbaşa” vahid lider oldu, “Muğanbank”dan darmadağın – FOTO – VİDEO

03 Yanvar, 2019
United Sport MFL 2018/19-un 9-cu turu: “Beerbaşa” vahid lider oldu, “Muğanbank”dan darmadağın – FOTO – VİDEO
Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan United Sport MFL 2018/19-un 9-cu turu baş tutub.
1news.az-ın verdiyi xəbərə görə, azarkeşlər “MFL Arena”nın meydanlarına həm Infinity Konferensiyasının, həm də Platinum Konferensiyasının komandaları arasında gərgin və maraqlı qarşılaşmaya şahidlik ediblər.
Infinity Konferensiyasında ən çox qol “Səbail FK” – “Borussia Baku” komandalarıın görüşündə vurulub. Komandalardan biri 7, digəri isə 3 dəfə rəqibin torunu silkələməyi bacarıb. Yalnız iki oyunda sülh qeydə alınıb.
 

9-cu turda Infinity konferensiyasının ən yaddaqalan məqamları:

Platinum konferensiyasının 9-cu turunun əksər oyunları da gərgin mübarizə şəraitində keçib. “Muğanbank”ın rəqibinin qapısından 5 cavabsız top keçirdiyi turda iki görüş eyni hesablı bərabərliklə başa çatıb və hər iki oyunda qapılara 8 top vurulub.

9-cu turda Platinum konferensiyasının ən yaddaqalan məqamları:

 

Beləliklə də bu tur United Sport MFL 2018/19-un keçən ildə keçirilən sonuncu turu oldu. Yeni ildə isə bizi növbəti turlar, bir-birindən maraqlı qarşılaşmalar gözləyir. MFL-in üzvü olan komandaların oyunçuları da elə bu fikrdədilər. Onların yeni illə bağlı təbrik ismarışlarını təqdim edirik:

 

MFL United Sport 2018/19 – Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.
Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.