Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

#MFLstars: Muganbank MFL-dəki çempionluq məqsədləri barədə – VİDEO

15 Yanvar, 2019

Muganbank – United Sport MFL 2018/19-un bu mövsümdə yüzfaizli nəticə nümayiş etdirən iki komandasından biridir. 
1news.az-ın verdiyi xəbərə görə, Platinum Konferensiyasında çıxış edən komanda 9 turdan sonra 27 xal toplayıb. Ötən il isə komanda 9 turdan sonra 13 xal toplayaraq 20-ci sırada yer almışdı. 
Muganbank komandası MFL TV-də yayımlanan #MFLstars rubrikasının qonağı olub. 
“1992-ci ildə yaradılan “Muğanbank” ASC 26 ildir ki, müştərilərini sevindirərək öz brendini Azərbaycanın mədəniyyət köklərinə əsaslanır. Bu mənada futbol da istisna deyil. Muganbank artıq neçə ildir ki, sağlam həyat tərzini təbliğ edir, MFL-in yarandığı ilk gündən liqaya qoşulub.

 

Komandada ruh yüksəkliyi mövcuddur. Komandanın budəfəki mövsümdə məqsədi – çempionluqdur”, - bu haqda Muğanbank-ın İdarə Heyətinin sədr müavini Rüstəm Vəliyev bildirib. 
R.Vəliyev MFL ilə əməkdaşlıqdan da bəhs edib: 
“Uzun illərdir ki, bilyard, boulinq kimi oyunlara dəstək göstəririk. İndi isə MFL ilə fəal əməkdaşlıq edirik”. 
Komandanın kapitanı Rüstəm Səfərov qeyd edib ki, bank rəhbərliyinin komandaya hər cür dəstək göstərir: 
“Komandaya tam maliyyə dəstəyi göstərilir. Belə olan halda bizdən uğurlu çıxış gözlənilir”. 
Onun sözlərinə komandanın sabiq kapitanı Tural Əliyev də qoşulub:
“Maddi dəstək çox vacibdir. Bəzən oyunlar çox gec bitir. Futbolçuları evlərinə aparmaq lazımdır. Həmçinin komanda daim məşq etməlidir, bunun üçün də meydança icarəyə götürməlidir.

Hazırda “Muğanbank” ASC-də hüquqşünası vəzifəsində çalışıram. İş qrafikimin çoxluğu və digər məsələlərlə əlaqədar olaraq kapitan vəzifəmi digər futbolçuya həvalə etmişəm. 
Hər bir oyunda çıxış edərək, öz bacarıqlarımı nümayiş etdirməliyik. MFL – sadəcə futbol deyil, bu, əsl əyləncədir”. 
Komandanın hücumçusu qeyd edib ki, komandanın əsas üstünlüyü ryh yüksəkliyindədir:
“Komandanın çox yaxşı heyəti var. Xüsusi olaraq qapıçılıq xəttini qeyd etmək olar. heyətdə ötən il IKAU-da çıxış edən Vəli, həmçinin ptən mövsümdə Astara-da çıxış edən Həzrət var”. 
MFL United Sport 2018/19 – Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir. 
Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.