Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

United Sport MFL 2018/19-un XIV və XV turları: “Galaxy”dən növbəti qələbə, “Rulewave Baku”nun ilk məğlubiyyəti – FOTO – VİDEO

04 Fevral, 2019

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan United Sport MFL 2018/19-un 14-cü və 15-ci turları baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, mövsümün 14-cü turunda Infinity Konferensiyasının komandaları arasında keçirilən oyunlarda aşağıdakı hesablar qeydə alındı:

14-cü turda Infinity konferensiyasının ən yaddaqalan məqamları:

 

14-cü turda Platinum Konferensiyasının komandaları arasında keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alındı:

14-cü turda Platinum konferensiyasının ən yaddaqalan məqamları:

Qeyd etdiyimiz kimi, keçən həftə həm də 15-ci turun oyunları baş tutub.

Mövsümün 15-ci turunda Infinity Konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

15-ci turda Platinum Konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda isə aşağıdakı hesablar qeydə alınıb.

Həftənin ən maraqlı qarşılaşmalarından biri 15-ci tur çərçivəsində “Sirena Motors”la “Rulewave Baku” komandaları arasında oldu. MFL-in səhifəsində canlı yayımlanan görüş ikincilərin mövsümdə aldığı ilk məğlubiyyətlə əlamətdar oldu. Bu qələbə sayəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sirena Motors” rəqibi ilə xal fərqini azaltdı:

Bu həftənin simvolik komandasında H.Amin (Champion Sport FC), V.Tural (Avantaj), H.Zaur (Səbail), B.İsmayıl (Squadra), P.Şahin (Galaxy) və H.Əlisalam (Sirena Motors) yer alıblar.

Xatırladaq ki, həftənin ƏN DƏYƏRLİ OYUNÇUSU adını qazanmış futbolçu vizual olaraq bu siyahıda olmasa da, həftənin simvolik komandasının önündə qeyri-şərhsiz yer alır.

Həftənin ən dəyərli oyunçusu yüksək performans nümayiş etdirərək komandası “Sabunçu”nu irəli aparmaqla yanaşı, özü də bombardirlər sıralamasında ilk sıraya yüksələn Teymur Zeynalovdur.

XV Turdan sonra İnfinity Konferensiyasında bombardirlər sıralaması aşağıdak kimidir:

XV Turdan sonra Platinum Konferensiyasında bombardirlər sıralaması aşağıdak kimidir:

XV turdan sonra Infinity Konferensiyasında məhsuldar ötürmə edənlərin sıralaması aşağıdak kimidir:

XV turdan sonra Platinum Konferensiyasında məhsuldar ötürmə edənlərin sıralaması aşağıdakı kimidir:

Keçən həftə həm də daha bir komandanın adını dəyişməsi ilə əlamətdar oldu. Belə ki, bu vaxta qədər “Astara” kimi tanıdığımız cənub təmsilçisi 16-cı turdan etibarən “Alyans FK” adlanacaq.

Aşağıda 4 fevral tarixində Infinity Konferensiyasının 16-cı turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Aşağıda 5 fevral tarixində Platinum Konferensiyasının 16-cı turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Aşağıda 6 fevral tarixində Infinity Konferensiyasının 17-ci turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Aşağıda 7 fevral tarixində Platinum Konferensiyasının 17-ci turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Bundan sonra səhifəmizdə mütəmadi olaraq dünyada baş verən küçə futbolundan məlumatlar və videolar paylaşılacaq. İlk öncə isə sizi bir çoxlarının peşəkar futboldan götürərək küçə futbolunda istifadə etdiyi bəzi fintlərlə tanış etmək istərdik. Qarşınızda Andreas Iniesta, Luka Modrić və Zinedine zidane #5 tərəfindən dəfələrlə istifadə olunmuş məşhur fintlər var. Bəs bu fintlərdən hansı sənin ən çox istifadə etdiklərin sırasındadır?


MFL United Sport 2018/19 – Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.
Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.