Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL-in İntizam Komitəsinin XVI turun yekunuyla bağlı qərarları

06 Fevral, 2019

MFL-in İntizam Komitəsinin XVI turun yekunuyla bağlı qərarları.

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan 16-cı turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

1. “Gənclər Birliyi” - “Dənizkənarı Bulvar İdarəsi” oyununda “Gənclər Birliyi”nin futbolçusu Fərrux Qurbanov oyun başa çatdıqdan sonra hakimi təhqir etdiyinə görə növbəti 3 oyunu buraxacaq.

2. “Peçat Dönər” - “Meyit United” oyununda “Peçat Dönər”in futbolçusu Cəmil Mustafazadə ilə “Meyit United”in futbolçusu Seymur Davudov oyun zamanı dava etdikləri üçün birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki futbolçu növbəti 2 oyunu buraxacaq.
“Dənizkənarı Bulvar İdarəsi” komandasının futbolçusu Şəhriyar Zamanov davaya qoşulduğu üçün növbəti oyunda iştirakına icazə verilməyəcək.

3. “Troya” – “Turan” oyununda “Troya”nın futbolçusu Həsən Camalzadə iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.