Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL-in İntizam Komitəsinin XVII turun yekunuyla bağlı qərarları

09 Fevral, 2019

MFL-in İntizam Komitəsinin XVII turun yekunuyla bağlı qərarları

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 17-ci turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

1. “CS” – “Turin” oyununda “CS”in futbolçusu Coşqun Cəbiyev, hakimi təhqir edərək ona qarşı fiziki təzyiq göstərib. Bu səbəbdən 5 oyunluq cəzalandırılır.

2. “Avantaj” – “Sabko” oyununda “Avantaj”ın futbolçusu Arif Məmmədli iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

Həmin oyunda “Sabko” komandasının futbolçusu Elgiz Həsənov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

3. “Turan” – “Xocalı” oyununda “Xocalı”nın futbolçusu Cavid Novruzov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

Həmin oyunda “Xocalı” komandasının digər futbolçusu Natiq Bədəlov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Qərarla razılaşmayan futbolçu hakimi təhqir edərək ona qarşı fiziki təzyiq göstərib. Bu səbəbdən Turnirdən kənarlaşdırılır.