Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

#MFLStars: “Champion Sport FC” United Sport MFL 2018/19-u fəth etmək niyyətindədir – FOTO – VİDEO

01 Aprel, 2019

Əgər komandanın adı “Champion Sport FC”dirsə, deməli onların yalnız bir məqsədi var.

United Sport MFL 2018/19-un budəfəki mövsümündə çıxış edən “Champion Sport FC” komandası minimum vəzifəni yerinə yetirə bilib. Komanda pley-off mərhələsinə yüksələrək Infinity Konferensiyasında üçüncü yerə sahib olub.

Aprelin əvvəlində komandanı həlledici matçlar gözləyir. “Champion Sport FC” komandası qarşısına yalnız bir məqsəd qoyub – çempionluq.

 

İdmanla məşğul olan hər bir kəs həyatında bir dəfə olsa belə “Champion Sport” idman mağazasına gedib. Mağaza istər peşəkar, istərsə də həvəskar səviyyədə idmanla məşğul olanlar üçün futbol butsları, idman ayaqqabıları, eləcə də idman avadanlıqları ilə tam təchiz olunub.

İdman mağazası artıq 20 ildir ki, fəaliyyət göstərir. Mağazanın meneceri Orxan Quliyev bu illər ərzində saysız-hesabsız dünya və Avropa çempionlarını idman məhsulları ilə təmin etdiklərini bildirib:

“İdmançılar bizə etibar edir. İlk növbədə “Champion Sport FC” mağazası yüksək xidməti ilə seçilir”.

“Champion Sport” mağazasının meneceri qeyd edir ki, komanda üçün hər cür şərait yaradılıb:

“Sevindirici haldır ki, komandamız çox yaxşı futbol nümayiş etdirir. “Champion Sport FC” çempionluq üçün oynayır”.

 
 
 
 
 
 

Ötən mövsümdə komanda başqa ad altında çıxış edib, finala yüksələrək MFL-in vitse-çempionu olub. İndi isə komanda ən yüksək nailiyyətə çatmağa can atır. Komandanın heyətində ictimaiyyətə futbol üzrə tanış olan oyunçular oynayır. Bunlar milli komandamızın eks-futbolçuları Emin İmaməliyev və Xəqani Məmmədovdur.

“Champion Sport” sponsorumuz olduqdan sonra gücümüz daha da artdı”, - komandanın kapitanı Amin Hüseynov deyib.

Müasir futbolda uğur maliyyə ilə bağlıdır. Amin Hüseynov etiraf edir ki, əvvəllər komadanın maddi çətinlikləri olub:

“Açığı, müəyyən problemlərimiz vardı. Bu probemləri həll etməkdə bizə “Champion Sport”un rəhbərliyi və şəxsən Tural müəllim köməklik etdi. İndi komandamızın heç bir problemi yoxdur”.

Həmçinin Əli Hüseynzadə də kapitanın sözlərini dəstələyir:

“Maliyyə problemləri artıq həll olunub. Lakin daha ciddi məsələlər var. Futbolu ürəkdən oynamaq lazımdır. Bu, hər şeydən vacibdir. Komandamızda sabiq futbolçular oynayır. Onlarla birlikdə oynamaq zövqvericidir”.

Rəqiblərindən danışan Əli Hüseynzadə qeyd edir ki, komanda öz gücünə inanır:

“United Sport MFL 2018/19-da çoxlu güclü komandalar var. Lakin biz də güclüyük”.

MFL United Sport 2018/19 – Sirena MotorsLeading Supply Solutions LLCUnited SportMcDonald's AzerbaijanMuganbankBOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın rəsmi saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sporttelekanalı vasitəsilə əldə edə bilərsiniz.

MFL-i izləyin:

MFL Facebook

MFL Instagram

MFL Youtube

http://www.mfl.az