Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL 2018-19 mövsümün play-off oyunları ilə bağlı qərarları

03 Aprel, 2019

MFL 2018/19 mövsümün play-off oyunları ilə bağlı qərarları

MFL-də iştirak edənlərin nəzərinə!

United Sport MFL 2018/19-da keçiriləcək play-off oyunları ilə bağlı MFL İntizam Komitəsi aşağıdakı qərarları verib:

1. Reqlamentə uyğun olaraq Turnirdə çıxış edən bəzi komandalar müxtəlif səbəblərdən turnirdən kənarlaşdırılıblar.

Reqlamentin 17-ci maddəsinə əsasən, səbəbindən asılı olmayaraq ardıcıl 3 dəfə və ya mövsüm ərzində ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edən komandalar turnirdən kənarlaşdırılırlar və onların bütün nəticələri texniki məğlubiyyətlə (0:3) əvəzlənir.

3 dəfə ardıcıl olaraq oyuna çıxmaqdan imtina edən komandalar aşağıdakılardır:

İdman Nazirliyi (08.11.2018, 15.11.2018, 22.11.2018)

İctimayı TV (10.12.2018, 17.12.2018, 24.12.2018)

Baku City (13.12.2018, 20.12.2018, 27.12.2018)

Vaqabonds (22.11.2018, 06.12.2018,13.12.2018)

Star (03.12.2018, 10.12.2018, 17.12.2018)

STARK (03.12.2018, 10.12.2018, 17.12.2018)

Milan Qaradağ (15.01.2019,17.01.2019, 22.01.2019)

Wolves (27.02.2019, 04.03.2019, 06.03.2019)

Mövsüm ərzində 5 dəfə oyuna çıxmaqdan imtina edən yeganə komanda Avşar komandasıdır.

Avşar  (29.10.2018, 30.01.2019, 20.02.2019,  27.02.2019, 04.03.2019)

Tam ödəniş etməyən komandalar aşağıdakılardır:

Sparta Baku, Western Warriors, Star, STARK, Vaqabonds, Baku City, Avşar. 

Ödənişi tam etmədiklərinə görə bu komandalar da turnirdən kənarlaşdırılıb, onların bütün nəticələri isə texniki məğlubiyyətlə (0:3) əvəzlənib.

2. Ödənişləri tam etməyən komandaların bütün oyunçuları və məşqçiləri növbəti 5 il ərzində MFL tərəfindən təşkil olunan turnirlərdə iştirakdan məhrum edilirlər. Onların növbəti turnirlərdə iştirak etməsi yalnız üzvü olduqları komandaların Liqaya olan borclarını tam ödədikdən sonra mümkündür.

3. “Sabko” komandası ilə bağlı xüsusi araşdırma aparılıb və aşağıdakı qərar qəbul edilib:

- Mövsüm ərzində “Sabko” komandasına ümumilikdə 4 texniki məğlubiyyət verilib. Bunların 3-ü oyuna çıxmaqdan imtina etdiyinə görə, 1-i isə hakim və təşkilatçılar tərəfindən dayandırılan oyuna görə (həmin oyunda “Sabko” komandasının üzvü hakimi vurub. Bax: maddə 10) verilib.

(25.02.2019, 27.02.2019, 04.03.2019, 06.03.2019)

“Sabko” komandası 25 fevral, 4 mart və 6 mart tarixlərində oyundan imtina etdiyi üçün ona texniki məğlubiyyət verilib. 27 fevral tarixində isə oyun zamanı qarşıdurma yarandığı üçün hakim görüşü yarımçıq saxlayıb və davam etdirməyib. Bu səbəbdən “Sabko” komandasına təşkilatçılar tərəfindən texniki məğlubiyyət verilib.

Beləliklə, “Sabko” komandasın verilən 4 texniki məğlubiyyətin 3-ü Reqlamentin 17-ci, biri isə 10-cu maddəsinə uyğun olaraq verilib. Bu isə o deməkdir ki, 17-ci maddədə nəzərdə tutulduğu kimi ardıcıl 3 dəfə oyuna çıxmaqdan imtina halı baş verməyib. Bu səbəbdən komanda turnirdən kənarlaşdırılmır, ona verilən texniki məğlubiyyətlərin isə digər oyunlara təsiri yoxdur.

4. Nəzərinizə çatdırırıq ki, play-off mərhələsinə hər konferensiyadan 8 komanda (ümumilikdə 16 komanda) vəsiqə qazanıb. Həmin komandaları təqdim edirik:

İnfinity Konferensiyası

1. Galaxy

2. Köfteçi Ramiz

3. Champion Sport FC

4. Səbail

5. Beerbaşa

6. Rəcəbspor

7. Ultra

8. Baku Eagles

Platinum Konferensiyası

1. Rulewave Baku

2.  Sirena Motors

3. Peçat Dönər

4. Muğanbank

5. Kontakt Home

6. BOS Shelf

7. Kapital Bank

8. Troya