Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL-də yarımfinalçılar məlum oldu – FOTO – VİDEO

23 Aprel, 2019

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan United Sport MFL 2018/19-da yarımfinala vəsiqə qazanan komandaların adı məlum olub.

1news.az-ın verdiyi xəbərə görə, aprelin 18-də 1/4 final mərhələsinin ilk oyunları keçirilib. “Səbail FK” 2:1 hesabı ilə “Rulewave Baku”ya, “Kapital Bank” 3:1 hesabı ilə “Peçat Dönər”ə, “Sirena Motors” 3:1 hesabı ilə “Cahmpion Sport FC”a, “Beerbaşa” isə 2:1 hesabı ilə “Galaxy FK” komandasına qalib gəlib.

 

1/4 final mərhələsinin ilk oyunlarının ən yaddaqalan məqamları:

Aprelin 22-də isə komandalar arasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

“Cahmpion Sport FC” – “Sirena Motors” görüşü 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatsa da, ilk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn “Sirena Motors” iki oyunun nəticəsinə görə yarımfinala vəsiqə qazanıb.

“Galaxy FK” – “Beerbaşa” oyunu da kifayət qədər maraqlı və gərgin mübarizə şəraitində keçib. “Galaxy FK” 2:1 hesabı ilə rəqibinə qalib gəlsə də, bu qələbə növbəti mərhələyə adlamaq üçün kifayət etməyib.

Belə ki, ilk görüşdə “Beerbaşa” da rəqibinə eyni hesabla qalib gəldiyindən cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan “Beerbaşa” futbolçuları (5:4) adlarını yarımfinala yazdırıblar.

“Rulewave Baku” – “Səbail FK” görüşü isə birincilərin aşkar üstünlüyü şəraitində keçib. İlk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn “Səbail FK” bu üstünlüyünü qoruya bilməyib. Rəqibinə 4:1 hesabı ilə qalib gələn “Rulewave Baku” komandası növbəti mərhələyə adlayıb.

“Kapital Bank” – “Peçat Dönər” görüşündə isə qalib müəyyənləşməyib – 2:2. Lakin ilk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn “Kapital Bank” yarımfinalda yarışmaq hüququ qazanıb.

Beləliklə, “Sirena Motors”, “Beerbaşa”, “Rulewave Baku” və “Kapital Bank” komandaları yarımfinala vəsiqə qazanıblar.

“Beerbaşa” və “Galaxy FK” arasında baş tutan dünənki matçdan öncə hər iki komandanın oyunçularından müsahibə almışdıq. İlk öncə “Galaxy FK” komandasından Orxan və Əsgərin suallarımıza verdiyi cavabları təqdim edirik.

İndi isə “Beerbaşa” komandasından Eyyub və Müseyibin suallarımıza verdikləri cavabları izləyə bilərsiniz.

Artıq məlum olduğu kimi, yarımfinalda “Sirena Motors” “Beerbaşa”, “Rulewave Baku” isə “Kapital Bank”la qarşılaşacaq.

Finala aparan yolun heç də asan olmayacağını demişdik. İndi isə əminliklə deyə bilərik ki, MFL tarixinin ən qaynar “play off” mərhələsi məhz bu mövsümə təsadüf edir.

Yarımfinal mərhələsinə adlayan hər bir komandanın çempion olmaq şansı var, əsas mükafatı kimin başı üzərinə qaldıracağını isə zaman göstərəcək. Bütün komandalara uğurlar arzu edirik!