Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

“MFL Gəncə Kuboku 2019”-un 1/8 finalçıları məlum oldu – FOTO

01 May, 2019

“MFL Gəncə Kuboku 2019”-un 1/8 final mərhələsinə vəsiqə qazanan komandaların adları məlum olub.

1news.az-ın məlumatına görə, aprelin 27-də 1/16 final oyunları keçirilib. Azarkeşlər bir-birindən maraqlı qarşılaşmalara şahidlik ediblər.

Ən böyük hesablı qələbəyə “Land of Fire”ni 20:0 hesabı ilə məğlub edən “Ruslan” komandası imza atıb. “Uraqan” isə “Canavarlar”ın qapısından 19 top keçirib. Rəqib bu toplardan yalnız birinin əvəzini çıxa bilib.

 

Qapılara ən az top “Gənc” – “Qədir Xum” (3:1) və “Gəncə United” – “Gəncə City” (4:0) matçlarında vurulub.

“Kəlbəcər” – “Metallurq” oyunu isə gərginliyi ilə yadda qalıb. Rəqibindən bir top üstün olan “Kəlbəcər” növbəti mərhələyə adlayıb.

1/16 final oyunlarının bütün nəticələrini təqdim edirik:

Beləliklə, “Gənc”, “Qoca Çinar”, “Offside”, “Metallurq”, “G.A.İ.Ş 2019”, “Uraqan”, “Ruslan”, “Elite FK”, “Pəhləvan”, “Tovuz Galaxy”, “Avrora”, “Monopak”, “Nirvana”, “Sirena Motors”, “Uteca” və “Gəncə United” komandaları 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Mayın 5-də 1/8 final oyunları baş tutacaq. Yarımfinal mərhələsində isə komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Aşağıda 5 may tarixində baş tutacaq 1/8 final mərhələsinin oyun cədvəli ilə tanış ola bilərsiniz.

Turnirin bombardirlər siyahısına rəqib qapılarından 8 top keçirən Ə.Rəhman (“Uraqan”) başçılıq edir. Onu 6 qola H.Ruslan (“Offside”) izləyir. Sonrakı yerlərdə isə hər biri 5 qola imza atan H.Pərviz (“Ramada Gəncə”), Z.Gündüz (“Tovuz Galaxy”), Ə.Aydın  (“Uteca”), İ.Seymur (“Access FK”) və B.Məlik (“Ruslan”) qərarlaşıblar.

“MFL Gəncə Kuboku 2019”-da məhsuldar ötürmə edənlərin sıralaması isə aşağıdakı kimidir:

Qeyd edək ki, “MFL Gəncə Kuboku 2019” turniri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və McDonald's Azerbaijan-nın dəstəyilə keçirilir.