Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

“MFL Gəncə Kuboku 2019”-un 1/4 finalçıları məlum oldu – FOTO

08 May, 2019

“MFL Gəncə Kuboku 2019”-un 1/4 final mərhələsinə vəsiqə qazanan komandaların adları məlum olub.

1news.az-ın məlumatına görə, mayın 27-də 1/8 final oyunları keçirilib. Azarkeşlər bir-birindən maraqlı qarşılaşmalara şahidlik ediblər.

Qapılara ən çox qol “Metallurq” – “Qoca Çinar” (3:13) oyununda vurulub. “Sirena Motors” – “Monopak” oyununda (3:1) isə ən az, cəmi 4 qol vurulub.

 

Ən böyük hesablı qələbəyə “Gəncə United”in qapısından 13 cavabsız top keçirən “Pəhləvan” komandası imza atıb. 

1/8 final oyunlarının bütün nəticələrini təqdim edirik:

Beləliklə, “Qoca Çinar”, “Offside”, “Uraqan”, “Ruslan”, “Pəhləvan”, “Avrora”, “Nirvana” və “Sirena Motors” 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Mayın 12-də 1/4 final oyunları baş tutacaq. Yarımfinal mərhələsində isə komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Aşağıda 12 may tarixində baş tutacaq 1/4 final mərhələsinin oyun cədvəlləri ilə tanış ola bilərsiniz.

Turnirin bombardirlər siyahısına rəqib qapılarından 21 top keçirən Ə.Rəhman (“Uraqan”) başçılıq edir. Onu 20 qolla B.Məlik (“Ruslan”) izləyir. İlk üçlüyü isə 14 qolla H.Ruslan (“Offside”) qapayır.

“MFL Gəncə Kuboku 2019”-da məhsuldar ötürmə edənlərin sıralaması isə aşağıdakı kimidir:

Qeyd edək ki, “MFL Gəncə Kuboku 2019” turniri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və McDonald's Azerbaijan-nın dəstəyilə keçirilir.