Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL San Marino Kuboku

12 Avqust, 2016

"Milli Futbol Liqası" şirkəti (MFL) yerli futbol azarkeşlərini ikinci dəfə məhəllədən meydana dəvət etdi. İndi həvəskar futbolçular öz güclərini küçələrdə yox, meydanlarda göstərəcəklər. Artıq onların oynamaq üçün meydanı, mübarizə aparmaq üçün rəqibləri, qalib olmaq üçün səbəbləri var!

İkinci çempionat şərti olaraq, "MFL San Marino Kuboku" adlanır. Belə ki, həvəskar futbolçuların kubok çempionatının bu dəfəki qaliblərini MFL Azərbaycan - San Marino oyununu izləməyə göndərəcək! Qeyd edək ki, turnirin qalib komandasının bütün üzvlərinin aviabiletləri, mehmanxanada qalmaq və oyuna bilet xərcləri MFL şirkəti tərəfindən qarşılanır. 

II MFL kubokunun qeydiyyat mərhələsi iyulun 5-də başladı, iyulun 18-də yekunlaşdı. Bakının bütün regionlarından çempionata qatılmaq üçün müraciətlər olundu. MFL şirkəti çempionata olan marağı nəzərə alaraq, kubokun "ikinci dalğası"nda komanda limitinin sayını 32-dən 40-a qaldırdı.

İyulun 22-də isə MFL San Marino Kubokunun püşkü atıldı. Püşkatmada komandalar 8 qrupa bölündü və hər qrupda 5 komanda yer aldı. Qeyd edək ki, kubok çempionatının ilk oyunu iyulun 24-də keçirildi. Avqustun 22-də “isə həvəskar futbolçuların “MFL San Marino Kuboku”nun final qarşılaşması baş tutdu. Həyəcanlı final görüşündə çempionatın ən güclü 2 komandası – “Azfar” və “Juventus Baku” üz-üzə gəldi.  

Qalib komanda – “Juventus Baku” AFFA-nın dəstəyi ilə sentyabr ayında milli yığmamızla birlikdə Azərbaycan - San Marino oyununu izləməyə getdi.

Milli Futbol Kuboku çempionatının təşkilatçıları MFL şirkəti və "Sport Marketing Group" - SMG şirkətidir. Oyunlara ev sahibliyini isə "Sportster" idman meydançaları edir.