Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

MFL AVRO 2016 Kuboku

27 May, 2016

Bakının ayrı-ayrı məhəllələrindən, rayonlarından, iş yerlərindən, şirkətlərdən müxtəlif insanlar bir yerə toplaşdı. İştirakçılar MFK (Mini Futbol Kuboku) üçün komanda yığdılar. Bir vaxtlar, elə indi də meydanın ulduzlarına azarkeşlik edən bu insanlar qısa zamanda özləri ulduza çevrildilər.

Kubok uğrunda mübarizə mayın 22-də başladı. 24 komandadan 240 oyunçunun qatıldığı çempionatda hər kəs öz oyununu göstərdi. MFK-nın ilk qalibi məhz "Qaradağ-Lökbatan" komandası oldu. İyulun 19-da keçirilən final qarşılaşmasında 1:0 hesabı ilə "Napoli" komandasına qalib gələn "Qaradağ-Lökbatan" ötən çempionatın ən güclüsü adını qazandı.

Çempionatın ideya təşkilatçısı olan MFL şirkəti qalib komandaya təkcə oynamaq zövqü, meydança dostları, komanda birliyi kimi dəyərləri deyil, həmçinin futbol azarkeşləri və həvəskar futbolçular üçün ən gözəl hədiyyə olan - sevdikləri, azarkeşlik etdikləri oyunçuları, komandaları meydanda, canlı izləmək və onları dəstəkləmək imkanını yaratdı.

MFL iyulun 6-da MFK çempionu olan "Qaradağ-Lökbatan" komandasını 1 həftəlik Fransaya, Liona - Avro-2016 çempionatının yarımfinal oyunlarını izləməyə göndərir. Qeyd edək ki, qalib komandanın bütün xərcləri - yol, otel, qidalanma, oyuna bilet məsrəfləri MFL şirkəti tərəfindən qarşılanır. Qeyd edək ki, Mini Futbol Kuboku çempionatının təşkilatçısı "Sport Marketing Group" - SMG şirkətidir. MFL çempionatına ev sahibliyini isə "Sportster" kompleksi edir.