Küçələrdən meydanlara MFL
MFL 2018-2019Yeni mövsüm start götürüb

“MFL Gəncə Kuboku 2019”da finalçıların adı məlum oldu – FOTO

31 May, 2019

“MFL Gəncə Kuboku 2019”da yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, mayın 25-də baş tutan oyunlarda “Ruslan” “Nirvana”, “Sirena Motors” isə “Uraqan”la qarşılaşıb.

İlk oyunda rəqibinə 8:5 hesabı ilə qalib gələn “Ruslan” komandası bu dəfə “Nirvana”nın qapısından nə az, nə çox – 12 cavabsız top keçirərək adını finala yazdırıb.

 

“Sirena Motors” – “Uraqan” qarşılaşması isə daha gərgin keçib. İlk oyunda rəqibini 6:2 hesabı ilə məğlub edən “Uraqan” bu dəfə də meydandan qalib ayrılıb – 6:4.

Yarımfinal mərhələsinin ikinci oyunlarının nəticələrini təqdim edirik:

Beləliklə, həlledici final oyununda “Ruslan” və “Uraqan” komandaları qarşılaşacaqlar. “Nirvana” və “Sirena Motors” komandaları isə təsəlliverici üçüncü yer uğrunda mübarizə aparacaqlar. Hər iki oyun iyunun 8-də keçiriləcək.

Turnirin bombardirlər siyahısına rəqib qapılarından 37 top keçirən B.Məlik (“Ruslan”) başçılıq edir. Onu 32 qolla Ə.Rəhman (“Uraqan”) izləyir. İlk üçlüyü 15 qolla H.Ruslan (“Offside”) qapayır.

“MFL Gəncə Kuboku 2019”-da məhsuldar ötürmə edənlərin sıralamasına gəlincə, İ.Azad (“Ruslan”) 13 assistlə liderdir. Növbəti sıralarda müvafiq olaraq 10 assistlə M.Polad (“Avrora”)  və 9 assistlə M.Rəşad (“Pəhləvan”) qərarlaşıblar.

Qeyd edək ki, “MFL Gəncə Kuboku 2019” turniri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA və McDonald's Azerbaijan-nın dəstəyilə keçirilir.