close

MFL-in intizam komitəsinin II Turun yekunuyla bağlı qərarları

12 Noyabr 2017

MFL-də iştirak edən hər kəsin nəzərinə!
II Turun yekununda MFL-in intizam komitəsi oyunlarda baş verən bir sıra hallarla bağlı qərarlar vermişdir!

Onlar aşağıdakılardır:

1. “Vapiano” – “Avanqard” matçında “Vapiano” komandasının oyunçusu Ramin Həsənov 2 sarıdan sonra qırmızı vərəqə almış və meydançanı tərk edərkən isə hakimləri təhqir etmişdir. Bu səbəbdən dolayı 2 sarıdan sonra qırmızı karta görə 1 oyunluq, hakimi təhqir etdiyi üçün isə əlavə 3 oyunluq cəza verilmişdir. Yekun olaraq adıçəkilən oyunçu 4 oyunluq cəzalandırılmışdır.

2. “Beerbaşa” – “Universal” matçında “Beerbaşa” komandasının oyunçusu Tural Məmmədov 2 sarıdan sonra qırmızı vərəqə almış və meydançanı tərk edərkən isə hakimləri təhqir etmişdir. Bu səbəbdən dolayı 2 sarıdan sonra qırmızı karta görə 1 oyunluq, hakimi təhqir etdiyi üçün isə əlavə 3 oyunluq cəza verilmişdir. Yekun olaraq adıçəkilən oyunçu 4 oyunluq cəzalandırılmışdır. Hakimi təhqir etmə halı bir daha təkrarlanarsa, bu halda oyunçunun MFL-dən kənarlaşdırılması halı müzakirə edilə bilər.

3. “Qartal 1903” – “Gənclik İK” matçında “Qartal 1903” komandasının oyunçusu Nəsib Əliyev birbaşa qırmızı vərəqə alaraq meydançanı tərk etmişdir. Yekun olaraq adıçəkilən oyunçu 2 oyunluq cəzalandırılmışdır

4. “Topçular” – “Coca-Cola” matçında "Topçular" komandasının oyunçusu Pərviz Hadıyev azarkeşi təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılmışdır.

5. "Forza Neftçi" komandasının azarkeşləri başda olmaqla, digər komanda azarkeşlərinin də meydançalara fişənglərin və digər alışan-partlayan maddələrdən istifadə qaydalarına daha diqqətlə yanaşmalarını, təhlükəsizlik qaydalarını pozacaqları halda dəstəklədikləri komandaya sanksiyaların tətbiq olunması halının mümkün ola biləcəyini vurğulamaq istərdik.

SPONSORLAR