close

MFL-in intizam komitəsinin III Turun yekunuyla bağlı qərarları

17 Noyabr 2017

MFL-də iştirak edən hər kəsin nəzərinə!
IIİ Turun yekununda MFL-in intizam komitəsi oyunlarda baş verən bir sıra hallarla bağlı qərarlar vermişdir!

Onlar aşağıdakılardır:

1. “VİP FK” – “Baku Eagles” matçında “VİP FK” komandasının oyunçusu Emil Tağıyev hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılmışdır. Yekun olaraq hakimi təhqir etdiyi üçün adıçəkilən oyunçu 3 oyunluq cəzalandırılmışdır.

2. “Rəcəbspor” – “Cinema Plus” matçında “Rəcəbspor” komandasının oyunçusu Toğrul Hacıyev rəqibi aşkar qoldan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulmuşdur. Yekun olaraq adıçəkilən oyunçu 2 oyunluq cəzalandırılmışdır.

3. “Xəzər FK” – “Baku Blancos” matçında "Baku Blancos" komandasının oyunçusu Əli Mirzəyev 2 sarıdan sonra qırmızı kart alaraq meydançanı tərk etmişdir. Bu səbəbdən 1 oyunluq cəzalandırılmışdır.

4. “Baku Union” – “GB Solution” matçında “Baku Union” komandasının oyunçuları hakimə oyunun sonlandırılmasına imkan vermədiləri üçün komandaya 0-3 texniki məğlubiyyət verilmişdir.

5. “Qartal 1903” – “Joga Baku” matçında “Qartal 1903” komandasının oyunçusu Şəhriyar Yəhyayev 2 sarıdan sonra qırmızı kart alaraq meydançanı qovulmuşdur. Meydançanı tərk edərkən hakimi və rəqib komandanın oyunçularını təhqir etmişdir. 2 sarı karta görə 1 oyun, hakimi təhqir etdiyi üçün 3 oyun və rəqib komandanın oyunçularını təhqir etdiyi üçün isə əlavə 3 oyunluq cəzalandırılır. Yekun olaraq adıçəkilən oyunçu 7 oyunluq cəzalandırılmışdır.

6. “Spartalılar” – “Galaxy” matçında "Spartalılar" komandasının oyunçusu İdeal Qarayev 2 sarıdan sonra qırmızı kart alaraq meydançanı tərk etmişdir. Bu səbəbdən 1 oyunluq cəzalandırılmışdır.

7. Bu gündən etibarən yeni qərara əsasən, cəzası olan oyunçuların meydançaya daxil olması qəti qadağan edilir.

8. "Forza Neftçi" komandasının azarkeşlərinin oyun zamanı partlayan maddələrin meydançaya atılması qəti qadağan edilir. İstifadəsinə qadağan deyil, sadəcə olaraq konkret meydançaya atmaq olmaz. Təhlükəsizlik qaydalarını pozacaqları halda dəstəklədikləri komandaya sanksiyaların tətbiq olunması halının mümkün ola biləcəyini vurğulamaq istərdik.

SPONSORLAR