close

MFL-in intizam komitəsinin V Turun yekunuyla bağlı qərarları

04 Dekabr 2017

MFL-də iştirak edənlərin nəzərinə!


MFL-də iştirak edən hər kəsin nəzərinə!
IIİ Turun yekununda MFL-in intizam komitəsi oyunlarda baş verən bir sıra hallarla bağlı qərarlar vermişdir

Onlar aşağıdakılardır:

1. Noyabrın 27-də "Rəcəbspor" komandasından Məsimov Mahmud "Madridista" ilə oyunda 2 sarı vərəqə ilə (qırmızı) cəzalandırdı və VI tur oyununu buraxmalı olacaq. Oyunçu meydanda hakimə qarşı aqressiv davranış göstərdiyinə görə xəbərdarlıq alır. Eyni davranış təkrarlanarsa, sanksiya tətbiq edilə bilər. 

2. Noyabr 30-da "Qartal" komandasının oyunçusu Toğrul Əbdülhüseynov "Spartalılar" ilə oyunda 2 sarı vərəqə ilə (qırmızı) cəzalandırdı və VI tur oyununu buraxmalı olacaq. 

3. "Universal" komandasının oyunçusu Tural Davudov "Juventus Baku" ilə oyunda birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun, matç zamanı hakimi təhqir etdiyi üçün əlavə 3 oyun buraxmalı olacaq.

4. "Forza Neftçi" komandasına komandanın azarkeşləri tərəfindən meydanın ətrafında alışqan vasitələrdən, fakellərdən istifadə etməmələri ilə bağlı ikinci və sonuncu xəbərdarlıq edilir. Eyni hal üçüncü dəfə təkrarlanarsa, komandanın hesabından 3 xal silinəcək. Qeyd edək ki, bu cür alışqan vasitələr komandaları, eləcə də oyunları izləməyə gələnləri təhlükə altına salır. Xahiş edirik ki, meydançada və meydança ətrafında özümüzün və digərlərinin təhlükəsizliyi üçün daha məsuliyyətli olaq.

5. "Sabunçu" komandası "CBCSport" ilə oyundan sonra hakimə qarşı aqressiv davranış nümayiş etdirdiyinə görə komandaya xəbərdarlıq edilir. Növbəti dəfə komanda oyundan kənarlaşdırılacaq.

SPONSORLAR