close

Qış transfer pəncərəsi açıq elan olunur

04 Yanvar 2018

Komandaların nəzərinə! Transfer pəncərəsi bu gündən etibarən açıq elan olunur!

Transfer şərtləri isə aşağıdakı kimidir:

1. Yanvarın 10-na kimi transfer pəncərəsi açıq olacaq. Yanvarın 15-i isə ilk oyun günü başlayır;

2. Komandaya əlavə edilən oyunçular cari mövsümün öncədən müəyyənləşdirilən reqlamentinə uyğun olmalıdır;

3. Komanda üzvlərinin maksimum limiti 15 nəfərdir. Hər komanda heyətinə yalnız 4 nəfər yeni oyunçu əlavə edilə bilər. Məsələn, komandada 11 nəfərdirsə, rahat 4 nəfəri əlavə edə bilər, əgər 15 nəfərdirsə, 4-nü çıxarıb, yeni 4 oyunçunu əlavə edə bilər. Nəticə etibarilə, ümumi say 15-i keçməməlidir;

5. MFL həvəskarlar üçün nəzərdə tutulduğundan, iştirak edən hər bir oyunçunun bir komandadan digər komandaya keçidi zamanı kapitanın razılığına ehtiyac yoxdur;

6. Transfer üçün müraciətlərinizi tək-tək deyil, birdəfəlik olaraq YALNIZ komandaların kapitanları tərəfindən [email protected] elektron poçt ünvanına gödərmələri xüsusilə xahiş olunur! Digər yollarla göndərilən heç bir müraciətə baxılmayacaq! Məktubda isə aşağıdakı məlumatlar mütləq yer almalıdır:
• Komandanın adı
• Heyətdən çıxarılan oyunçuların sənədləri
• Heyətə daxil edilən oyunçuların sənədləri
• Kimin-kimi əvəz etməsinə dair qeyd

SPONSORLAR