close

Play-off-da çıxış edəcək komandaların adı məlum oldu!

08 May 2018

Play-off-da çıxış edəcək komandaların adı məlum oldu!

MFL “lipalarla” bağlı son qərara uyğun olaraq Turnir cədvəlini yenidən tərtib edib.

Turnir cədvəlinə uyğun olaraq A və B konferensiyalarının hər birindən 6 komanda birbaşa play-off mərhələsinə yüksəlib.

Belə ki, A Konferensiyasından “Cinema Plus”, İKAU, “Sirena Motors”, “Rəcəbspor”, “Baku Blancos” və “GB Solution”, B Konferensiyasından isə “Beerbaşa”, “Astara FK”, “Captain FK”, “Sabunçu”, “Juventus Baku” və “Qartal 1903” komandaları birbaşa play-off-da mübarizə apacaqlar.

Hər iki konferensiyada 7-10-cu yerləri tutan komandalar isə play-off-a çıxmaq üçün 4 vəsiqənin sahibini öz aralarında keçirəcəkləri oyunlarla müəyyənləşdirəcəklər.

Bunlar "A" Konferensiyasından “PartApart”, “Ironfeet”, “Ataman” və “Avantaj”, "B" Konferensiyasından isə “Avanqard FK”, “Muğanbank”, “Poseidon” və “Spartalılar” komandalarıdır.

Belə ki, "A" Konferensiyasında “Ataman” – “Ironfeet”, “Avantaj” – “PartApart”, "B" Konferensiyasında isə “Avanqard FK” – “MuğanBank” və “Poseidon” – “Spartalılar” görüşləri keçiriləcək.

İlk oyunlar saat 20:00-da, digər iki qarşılaşma isə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Tornado FC” komandası son anda “lipa” oyunçuya görə play-off mərhələsi uğrunda yarışdan kənarlaşdırılıb, onun yerini isə aşağı sıralarda qərarlaşan komandalar arasında daha yüksək xala sahib olan “Poseidon” komandası tutub.

Əgər bu komandalardan hansısa hər hansı bir səbəbdən play-off-da oynaya bilməyəcəksə, əvvəlcədən bu barədə MFL rəhbərliyinə məlumat vermələri xahiş olunur. Həmin komandanın yerinə Turnir cədvəlində növbəti sırada qərarlaşmış komanda play-off-da oynamaq şansı əldə edəcək.

Turnir cədvəlinə aşağıdakı keçiddən baxa bilərsiniz:
http://www.mfl.az/tournements.php?action=standings&tournementId=3

SPONSORLAR