close

MFL İntizam Komitəsinin VI turun yekunuyla bağlı qərarları

07 Dekabr 2018

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 6-cı turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

03.12.2018

1. “Ataman” – “Ultra FK” oyununda “Ataman”ın futbolçusu Pərviz Mirzəzadə iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

2. “STARK” – “Köfteci Ramiz” qarşılaşması “STARK”ın matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. 

“STARK” 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq (ətraflı burada: http://www.mfl.az/az/info/qaydalar/).

3. “Galaxy FK” – “İctimai TV” qarşılaşması “İctimai TV”nin matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. 

“İctimai TV” 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq (ətraflı burada: http://www.mfl.az/az/info/qaydalar/).

06.12.2018

4. “Sumqayıt HFK” – “Dənizkənarı Bulvar İdarəsi” oyununda “Dənizkənarı Bulvar İdarəsi”nin qapıçısı Qədir Qədirov nizam-intizam qaydalarını pozduğu üçün ona ciddi xəbərdarlıq edilir.

5. “Meyit United” – “Xocalı” oyununda “Xocalı”nın futbolçusu Ramil Məmmədov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

6. “Sabunçu” – “Sirena Motors” oyununda “Sabunçu”nun futbolçusu Sərvan Alıyev birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

SPONSORLAR