close

Əsgər Alışanovla “Futbolsuz bir gün”

04 Dekabr 2019

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-ə, orada çıxış edən futbolçulara maraq günü-gündən artmaqdadır.

Sərgilədikləri baxımlı oyunla diqqət çəkən futbolçuların futboldan kənar həyatı, hansı işlə məşğul olmaları, asudə vaxtlarını necə keçirmələri, MFL və buradakı komandalar və oyunçular haqqında fikirləri yəqin sizin üçün də maraqlıdır.

“Futbolsuz bir gün” rubrikamızın ilk qonağı “Squadra” komandasının vuran ayağı Əsgər Alışanovdur. Bu ad MFL-in daimi izləyicisi olan hər kəsə yaxşı tanışdır. MFL-in təşkil etdiyi bütün turnirlərdə çıxış edən Əsgər hansı komandada olmasından asılı olmayaraq hər zaman məhsuldarlığı, yüksək səviyyəli oyunu ilə seçilib. 

Komandasının uğurlarında böyük pay sahibi olan Əsgərlə birlikdə onun işlədiyi müəssisədə bir gün keçirərək onun gündəlik həyat tərzi, işləri, oradakı ab-havanı MFL izləyicilərinə çatdırmaq istədik. 

Bundan əlavə, Əsgər MFL-dəki təcrübəsindən, ötən mövsüm çempionluğa aparan yarımçıq qalmış yoldan, “lipa”lardan, MFL əhlindən, 3 ən yaxşı qapıçıdan və TOP 6-lığından danışdı.

SPONSORLAR