close

MFL-in İntizam Komitəsinin XIII turun yekunuyla bağlı qərarları

07 Dekabr 2019

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 13-cü turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- “Chelsea Baku” – “Dənizkənarı Bulvar İdarəsi” oyununda “Chelsea Baku” komandasının futbolçusu Tural Maqsudov rəqibi aşkar qoldan məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

- “Rəcəbspor” – “Piramida SAYAD” oyunundan sonra “Rəcəbspor” komandasının futbolçusu Elxan Abbasov hakimləri və rəqib komandanın oyunçularını təhqir etdiyi üçün qırmızı vərəqə alıb. Bu səbəbdən o, növbəti 7 oyunu (2+5) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

- “Gres Severnıy” – “Darul Hikmət” oyununda “Darul Hikmət” komandasının futbolçusu Təmkin İbrahimov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

- “Veteran” komandasının futbolçusu Anar Mehdixanov, “Xəzər Astara” komandasının oyunçusu Ceyhun Mürşüdlü, “Army United” komandasının futbolçusu Rövşən İbişov, “Chelsea Baku” komandasının oyunçusu Murad Cəfərzadə, “Keşlə İMSİ” komandasının oyunçusu Yalçın Abbasov, “Bakı Abadlıq” komandasının futbolçusu Rza Rüstəmov və “AgroSport” komandasının oyunçusu Zamiq Mirzə-Pur hərəyə 3 sarı vərəqə aldıqları üçün növbəti oyunu buraxacaqlar.

- “Luchadores”, “Abşeron” və “Avantaj” komandaları 3 dəfə ardıcıl oyuna gəlmədikləri üçün Turnirdən kənarlaşdırılırlar. Həmin komandaların bütün nəticələri isə (keçirilmiş oyunlar daxil olmaqla) 0-3 hesablı texniki məğlubiyyətə çevrilir (bax: Qaydalar. 17).

SPONSORLAR