close

LSS MFL 2019/20-də play-off oyunlarına start verildi - NƏTİCƏLƏR - FOTO

02 Sentyabr 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Koronavirus pandemiyası səbəbindən yaranan bir neçə aylıq fasilədən sonra Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də oyunlara yenidən start verilib.

Belə ki, LSS MFL 2019/20-də qrup mərhələsini uğurla başa vuran komandalar avqustun 31-də play-off oyunlarında (1/8 final) üz-üzə gəliblər. Gözlənildiyi kimi, görüşlərin əksəriyyəti gərgin mübarizə şəraitində keçib.

“Universal” - “Peçat Dönər” oyununda cəmi bir qol vurulub. “Dönərçilər” cavab qarşılaşması öncəsi minimal üstünlük əldə ediblər.

“Beerbaşa” “Gənclik İK” komandasının qapısından 9 cavabsız top keçirib. Bu qələbə sayəsində “Beerbaşa” cavab qarşılaşmasına daha rahat çıxacaq.

Günün ən qollu qarşılaşması “Kontakt Home” - “Muğanbank” görüşü olub. İkincilər rəqibin qapısını sözün həqiqi mənasında top atəşinə tutublar. Rəqibin qapısından 21 top keçirən “Muğanbank” bu qələbə sayəsində demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.

Günün sülhlə bitən yeganə oyunu isə “Piramida SAYAD” - “Tiyaqani FK” qarşılaşması olub. Hərəyə iki dəfə fərlənən rəqiblər cütün taleyinə cavab qarşılaşmasında aydınlıq gətirəcəklər.

Beləliklə, play-off mərhələsinin ilk qarşılaşmalarının nəticələrini təqdim edirik.

“Squadra” - “Borussia Baku” 2:0

“BOS Shelf” - “AgroSport” 1:3

“Universal” - “Peçat Dönər” 0:1

“Kontakt Home” - “Muğanbank” 0:21

“Beerbaşa” - “Gənclik İK” 9:0

“Avengers” - “Kapital Bank” 2:4

“Lokomotiv Baku” - “Galaxy FK” 2:5

“Piramida SAYAD” - “Tiyaqani FK” 2:2

Qeyd edək ki, komandalar arasında cavab oyunları isə 3 sentyabr tarixində keçiriləcək. İki görüşün nəticəsinə görə üstün olan komandalar növbəti mərhələyə - 1/4 finala vəsiqə qazanacaqlar.

SPONSORLAR