close

MFL-in İntizam Komitəsinin 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı qərarları

11 Sentyabr 2020

MFL-də iştirak edənlərin nəzərinə!

MFL-in İntizam Komitəsi LSS MFL 2019/20-də 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarları verib:

1. “Kapital Bank” - “Beerbaşa” “Kapital Bank”ın futbolçusu Səid Abasov qırmızı vərəqə alıb. Bundan sonra “Kapital Bank”ın oyunçuları meydanı tərk edərək görüşü davam etdirməkdən imtina ediblər. Buna görə də komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir.

2. “AgroSport” - “Squadra” oyununun 49-cu dəqiqəsində “AgroSport” komandasının futbolçusu Mirzə-Pur Zamiq topu hakimə vurmağa cəhd etdiyinə görə qırmızı vərəqə alıb. Daha sonra isə topu hakimə vuraraq onun ünvanına təhqiredici ifadələr işlədib. Buna görə Mirzə-Pur Zamiq iki il müddətinə MFL tərəfindən təşkil edilən turnirlərdə oynamaqdan məhrum edilir.

SPONSORLAR