close

MFL-də möhtəşəm final: “Universal” çempion oldu

16 Noyabr 2020

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də bir-birindən maraqlı oyunlarla zəngin olan daha bir mövsümə yekun vuruldu.

Belə ki, LSS MFL 2019/20-də üçüncü yer uğrunda oyun və həlledici final matçı keçirilib.

İlk olaraq meydana üçüncü yer uğrunda mübarizə aparan “Squadra” ilə “Galaxy FK” komandaları çıxıblar. Oyunun əsas hissəsi 2:2 hesablı bərabərliklə başa çatdığından komandalar qalibin adını penaltilər seriyasında müəyyənləşdiriblər. Burada rəqibindən daha dəqiq olan (4:1) “Squadra” komandası üçüncü yerin qalibi adını qazanıb.

Turnirin həlledici final görüşündə isə “Universal” və “Beerbaşa” komandaları üz-üzə gəliblər. Maraqlıdır ki, olduqca gərgin mübarizə şəraitində keçən final görüşünün əsas vaxtı da 2:2 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında rəqibindən 5:4 hesabı ilə üstün olan “Universal” komandası LSS MFL 2019/20 turnirinin qalibi adını qazanıb.

Beləliklə, futbol həvəskarlarını öz ətrafında birləşdirməkdə davam edən MFL daha bir mövsümə uğurla yekun vurdu.

SPONSORLAR